Səlim Müslümov Lerikdə vətəndaşları qəbul edib
Tarix: 22.07.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda bu rayonun və Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 
imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, məşğulluğun təminatına və  müalicəyə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya vasitəsi ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. S.Müslümov ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin normal qaydada davam etdirildiyini, keçən il və cari ilin ötən dövründə bu təbəqələrə aid 500-dək şəxsə yeni mənzil təqdim edildiyini nəzərə çatdırıb: “Hazırda  Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 fərdi yaşayış evi tikilir və ilin sonunadək bu rayonlarda daha 13 evin inşasına başlanacaq”.
 
Qəbul zamanı müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yerindəcə tədbirlər görülüb, onlara təklif edilmiş boş (vakant) iş yerləri sırasından seçdikləri iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin hazırda sakinlərini qəbul etdiyi rayonları da əhatə etdiyini diqqətə çatdırıb: “Belə ki, cari ilin ilk yarımilində məşğulluq orqanları tərəfindən bu rayonlar üzrə 2 810 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, habelə ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına,  ödənişli ictimai işlərə cəlb olunublar”.
 
Nazir bildirib ki, ikinci sənaye zonasının Masallı şəhərində yaradılması bölgədə əmək resurslarından tam və səmərəli istifadənin təmin olunmasında  növbəti mühüm irəliləyişlərə yol açacaq.
 
S.Müslümovun tapşırığına uyğun olaraq ayrı-ayrı şəxslər müraciətlərinə əsasən nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar. Qəbul zamanı Lerik rayonundan 2 nəfər vətəndaşın müraciətlərində əksini tapan məsələ yerindəcə həll olunaraq, onların sağlamlıq imkanları məhdud 18 yaşadək övladlarına əlil arabası verilib. Həmçinin bir nəfər şəxsin əmək hüquqlarının müdafiəsi üçün müvafiq araşdırma aparılması tapşırılıb. Bir sıra vətəndaşların müraciətləri sorğu xarakteri daşıdığından onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
 
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info