“ASAN xidmət” mərkəzlərində ictimai səhiyyə sahəsində təbliğat işi aparılacaq
Tarix: 25.07.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial videoçarxlar iyulun 26-dan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində nümayiş etdiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sağlamlığın qorunması, insanları zərərli vərdişlərdən uzaqlaşdırılması və onlara aktiv həyat tərzinin aşılanması məqsədilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirən İSİM əhali arasında təbliğat aparmaq üçün hər dəfə yeni imkanlar arayır, müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməyə çalışır. Bu baxımdan “ASAN xidmət" mərkəzləri ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün ən əlverişli məkandır.
Gün ərzində ən çox müraciət olunan “ASAN xidmət” mərkəzlərində tütünçəkmənin zərərləri, düzgün qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzularda hazırlanmış videoçarxlar əhalinin diqqətini cəlb edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info