İçəri Şəhərdəki “Aşur” məscidində bərpa-konservasiya işlərinə başlanılır
Tarix: 26.07.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik olan bir çox qədim məscidlər mövcuddur ki, müxtəlif əhəmiyyət dərəcələrinə aid edilən bu abidələr dövlət tərəfindən qorunur.
Son bir neçə il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plana” müvafiq olaraq bir sıra məscidlərdə bərpa-konservasiyası işləri həyata keçirilmişdir. Bunlardan İçəri Şəhərdə yerləşən dünya əhəmiyyətli abidə olan qədim Məhəmməd məscidi, ölkə əhəmiyyətli abidələr olan Bəylər məscidində, Xıdır məscidində, Cümə məscidinin minarəsində aparılan işləri və s. qeyd etmək olar.
Artıq bir neçə ildir ki, İçərişəhərdə Asəf Zeynallı küçəsi, 55 ünvanında yerləşən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılmışdır. Əfsuslar olsun ki, 2013-cü ildən bu günə kimi abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barəsində İdarə tərəfindən müraciətlərə baxmayaraq abidədən qanunsuz istifadə və ona mənfi təsirin göstərilməsi davam etdirilmiş, bununla da bərpa işlərinin başlanılması gecikdirilmişdir. Bununla da abidənin faktiki istifadəçiləri tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuşdur.
Bununla əlaqədar, abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa işlərinin başlanılması üçün İdarə tərəfindən abidənin faktiki istifadəçilərindən tələb olunan şəraiti təmin etməklə abidənin dərhal boşaldılması tələb olunmuşdur.
Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçərişəhərdə son bir neçə il ərzində çoxsaylı abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə aparılan bu işlər yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən hazırlanmış “Baş Plan”-da öz əksini tapmış göstəriş və tövsiyələr əsasında ən müasir tələblərə cavab verən bilik və texnologiyalar istifadə edilməklə həyata keçiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info