İyulun 29-da rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Tarix: 26.07.2016 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


İyulun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək. TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmək üçün ərizə vermiş namizədlər iyulun 21-dən etibarən Komissiyanın internet saytına (https://eservices.tqdk.gov.az/brxvrez/?frm=egov) daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. İyulun 26-da saat 11.30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58-i “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməyib.
Namizədlər imtahana özləri ilə iki sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiqləyən sənədin əslini və “Namizədin imtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
Xatırladaq ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə online sınaq imtahanı aparılır. Saat 11.30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib. Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməklə online rejimdə sınaq imtahanında iştirak edə bilərlər. Namizədlərə online sınaq imtahanından faydalanmaq tövsiyə olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info