Altı ayda 59 min 58 gəncə peşə seçimi ilə bağlı məsləhətlər verilib
Tarix: 26.07.2016 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, eləcə də gənclər arasında peşəyönümü işinin düzgün təşkili xüsusi önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti tərəfindən bu istiqamətdə aktiv tədbirlər cari ildə də davam etdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə, eləcə də rayon (şəhər) məşğulluq mərkəzlərinə müraciət edən işaxtaran gənclərə düzgün peşə seçimi istiqamətində məsləhətlər verilib. Həmçinin pedaqoji kadrların, valideynlərin, idarə və müəssisələrin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə müşavirələr keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, cari ilin 6 ayında ümumilikdə 59 min 58 nəfərə peşəyönümü məsləhətlərinin verilməsi təmin edilib.
Gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin də böyük rolu var. Bu amil nəzərə alınmaqla valideynlərin də övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır. Hesabat dövründə Xidmət tərəfindən respublikanın 32 şəhər və rayonunda orta ümumtəhsil məktəblərində valideynlər üçün peşəyönümü məsləhətləri təşkil edilib. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin də cəlb olunduğu tədbirlərdə 500-ə yaxın valideynə övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info