Hərbi hissələrdə inşaat işləri davam edir
Tarix: 27.07.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə inşaat işləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qurumun rəhbərliyi Gəncədə yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda tikinti işlərinin gedişi ilə maraqlanıb.Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan nazir, general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və texnikalara baxış keçirilib.Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info