Tərtərdə tikinti-quruculuq işləri görülür
Tarix: 27.07.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində şəhər günü-gündən gözəlləşir, müasirləşir.
Tərtər rayonunda cari ildə şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri üçün 4 fərdi ev tikilib istifadəyə verilib. Tərtər şəhərinin Nizami və Ə. Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 ədəd idman meydançası inşa edilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında tikinti işləri başa çatdırılıb. Tərtər şəhərinin H.Əliyev prospektinə, F.Qulami, Ş.Qurbanov, M.Mahmudov, E. Məmmədov, E. Hüseynov küçələrinə və şəhərdən Şıxarx qəsəbəsinədək olan magistral yola asfalt-beton örtüyü salınıb. “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 21 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib.
Hazırda Tərtər şəhərində yeni tikilən 100 yerlik uşaq bağçasında, şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında son tamamlama işləri aparılır. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 6 fərdi ev inşa edilir. Rayon tarix-diyarşünaslıq muzeyinin tikintisinə başlanılıb. Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlər Prezident İlham Əliyevin Sərəncamına əsasən bərpa edilir.
Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır. Artıq park salınacaq ərazi təmizlənib, hamarlanıb, buradan keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılıb. Park ərazisindən keçən Buruc arxına 300 metr məsafədə beton örtük çəkilib.
“Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası da uğurla davam etdirilir. Layihə çərçivəsində Tərtər şəhərində 52 min 317 metr kanalizasiya xətti, 51 min 836 metr içməli su xətti çəkilib. Tutumu 5000 kubmetr olan su anbarlarından birinin tikintisi başa çatdırılıb, digər anbarın tikintisi davam etdirilir. Nəzərdə tutulan 9 ədəd subartezian quyusundan 8-i qazılıb.
Goranboy-Tərtər avtomobil yolunun 18-36 kilometrlərində əsaslı təmir və yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanır. Həmin yolun 18-ci kilometrində yerləşən İncə çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünün yaxın vaxtlarda tikintisinə başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info