“BakuBus“ 59 sürücünü işdən çıxarıb
Tarix: 27.07.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Ötən ilin sentyabr ayından bu vaxta qədər “BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib. Bu barədə “BakuBus” sərnişin daşıma şirkətinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib. Qurum rəsmisi deyib ki, ötən ilin sentyabr ayından bu günə kimi Bakıda sərnişin müraciətləri, aşkar olunmuş nizam-intizam və digər qayda pozuntuları əsasında 163 avtobus sürücüsü müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub. 59 sürücü isə vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Qeyd edilən dövr ərzində 65 sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub. M.Piriyev qeyd edib ki, daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar edilib. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə əlaqədardır: "Avtobus gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında, xüsusən saat 08:30-09:00 radələrində daxil olur. Bu müraciətlər də əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirilir". Şirkət rəsmisi bildirib ki, *4242 nömrəli “Qaynar xətt”ə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli işin daha da səmərəli təşkil olunmasına imkan yaradır. Daxil olan müraciətlərdə marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə əlaqədar şikayət edən, itmiş əşyalarla, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar aparılır. “BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticələrin çıxarılması üçün işi xeyli asanlaşdırır. Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info