Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi əlaqələr genişlənir
Tarix: 28.07.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası üzvlərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.
Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Naxçıvan Biznes Mərkəzində palatanın üzvləri ilə muxtar respublikanın sahibkarları arasında işgüzar görüş keçirilib.
Tədbirdən əvvəl iranlı sahibkarlar mərkəzdə muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıblar.
Naxçıvan Biznes Mərkəzinin iclas zalında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində ötən dövrdə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Ötən əsrin sonlarından blokada vəziyyətində olmasına baxmayaraq, muxtar respublika bütün çətinliklərə sinə gərərək sürətli inkişaf yolu keçib və hazırda ölkəmizin hərtərəfli inkişaf edən regionlarından birinə çevrilib. Sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı ötən müddətdə sahibkarlar təbəqəsinin yaranmasına imkan verib, muxtar respublikada yerli xammala əsaslanan yüzlərlə istehsal müəssisələri yaradılıb. Həyata keçirilən tədbirlər Naxçıvanı məhsul idxal edən regiondan ixrac edən regiona çevirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələr daha da genişlənərək özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Şərqi Azərbaycan Vilayəti valisinin iqtisadiyyat məsələləri üzrə müavini Əli Nəvadad, Şərqi Azərbaycan Vilayətinin iqtisadiyyat və maliyyə məsələləri üzrə baş direktoru Rza Hüseyni, kafel-seramika istehsalçısı və sənaye maşınlarının idxal və ixracatçısı Səməd Həsənzadə çıxış edərək, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi əlaqələrin inkişafından danışıb, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi üçün münbit şəraitin olduğunu bildiriblər.
Sonra iranlı iş adamları ilə yerli sahibkarlar arasında müzakirələr aparılıb.
Tədbirdən sonra qonaqlar muxtar respublikada fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə tanış olublar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info