ƏƏSMN-in istirahətə göndərdiyi əlillərin sayı 730 nəfərə çatıb
Tarix: 01.08.2016 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)tərəfindən 32 nəfər əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Əlillərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.
Qeyd olunub ki, əlillərin maddi təminatlarının gücləndirilməsi, sosial müavinət və pensiyalarla təminatı yönündə görülən işlərlə bərabər, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirləri də davam etdirilir. Cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin bu il 70 nəfər əlilliyi olan şəxsin, valideynlərindən biri ilə bərabər 34 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.
İstirahətə göndərilən əlillər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə mənalı istirahətlərinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info