BSU-da yeni monoqrafiyanın təqdimatı olub
Tarix: 13.03.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” tədris mədəniyyət mərkəzinin təşkilatçılığı ilə tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” adlı kitabının təqdimat mərasimi keçirilib. BSU-nun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab Azərbaycan tarixinin hadisə və proseslərlə zəngin, lakin çox çətin və ziddiyyətli bir dövrü olan XII-XV əsrlərin mənəvi mədəniyyət məsələlərinin tarixi-etnoqrafik araşdırılmasına həsr olunub.
BSU-nun elmi işlər üzrə prorektoru dos. Şirinbəy Əliyev əsərdə təsvir edilən tarixi dövrə nəzər salıb: “Bilirsiniz ki, Azərbaycan tarixinin həm mürəkkəb, həm də ziddiyyətli dövrlərindən biri məhz XII-XV əsrlərdir. Azərbaycanın uğrunda gedən dağıdıcı müharibələr, burada mövqeyini möhkəmləndirmək istəyən ayrı-ayrı siyasi qüvvələrin mübarizəsi, şübhəsiz ki, Azərbaycana təsirsiz ötüşməyib. Hesab edirəm ki, Azərbaycan tarixşünaslığında bu dövrə aid ayrı-ayrı müəlliflərin, tədqiqatçıların maraqlı əsərlərinə rast gəlirik, lakin bu dövrün belə sistemli şəkildə və sırf konkret çərçivədə mənəvi mədəniyyətə dair məqamlarının bir araya cəmləşdirilməsinə xüsusi ilə ehtiyac var idi ki, müəllif bu işin öhdəsindən uğurla gəlib”. Kitabın müəllifi bildirib ki, monoqrafiyanın yazılmasında əsas məqsəd Azərbaycan xalqının XII-XV əsrlərdəki mənəvi həyatının xarakterik xüsusiyyətlərini araşdırmaq, mənəvi həyatda baş verən təkamülü izləmək, eləcə də mənəvi mədəniyyətin inkişaf meyillərini və istiqamətlərini müəyyənləşdirməklə onu tarixi-etnoqrafik baxımdan tədqiq etməkdir. BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti R.Kamal, müasir rus dili kafedrasının müdiri professor İ.Həmidov, Avropaşünaslıq kafedrasının müdiri dosent S.Axundova, Tədris şöbəsinin müdiri M.Rzayev, Mədəniyyət və İncəsənət Universitetinin professoru N.Mehdi, BDU-nun dosenti B.Əzizli və başqaları çıxış edərək təqdim edilən kitabın son dərəcədə maraqlı dövrə həsr olunduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info