“Qəbələ festivalı təkcə mədəni deyil, həm də Azərbaycanı dünyada tanıdan bir tədbirdir”
Tarix: 10.08.2016 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Aysel İbrahimova |

Tarix üzrə magistr


Azərbaycanın dilbər güşələrindən biri olan, dağlar qoynunda yerləşən, əsrarəngiz təbiəti ilə insanı heyran edən qədim paytaxtımız Qəbələ şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Musiqi Festivalı öz ənənəsinə sadiq qalaraq bu il də növbəti dəfə təşkil olundu. 2009-cu ildən etibarən təşkil olunan bu musiqi festivalı bu il VIII dəfə musiqisevərlərin ixtiyarına verildi. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi festival eyni zamanda Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin dünya musiqi ustalarına daha yaxından tanıdılması deməkdir.
Nəzərə alsaq ki, Qəbələ şəhəri həm də böyük bir turizm mərkəzidir, o zaman tarixin ən qədim dövlətlərindən biri-Albaniya dövlətinin paytaxtı olan qədim Qəbələ hər bir turistin maraq dairəsindədir. Festivalda istirak edən ölkələrdən gələn çoxsaylı tamaşaçılar qədim Qəbələni, Qəbələ qala divarlarını görməyə can atırlar. Deməli, bu festival nəinki Azərbaycan musiqisini təbliğ edən mədəni tədbirdir, eyni zamanda Azərbaycanın qədim dövlətçilik tarixini təbliğ edən, Azərbaycana turist axınını özündə əks etdirən bir tədbirdir. Bura gələn qonaqlar onlar üçün yaradılmış şəraitdən, göstərilən xidmətlərdən çox razı qaldıqlarını bildirirlər. Təbii ki, bunun nəticəsidir ki, Azərbaycana, xüsusilə qədim Qəbələyə gələn turistlərin sayı hər il artmaqda davam edir. Məhz Qəbələ şəhərinin dünyada tanınmasında Qəbələ Beynəlxalq Musiqi Festivalının rolu misilsizdir. Qəbələ turizminin inkişafı isə Azərbaycan turizminin inkişafının bir hissəsidir. Turizmin inkişafı da ölkənin iqtisadiyyatının inkişafının güclənməsinə xidmət edən sahələrdən biridir. Deməli, Qəbələ Beynəlxalq Musiqi Festivalını yalnız mədəni tədbir kimi deyil, həm də Azərbaycanı dünya ölkələrinə daha da yaxından tanıdan bir tədbir kimi qəbul etmək lazımdır.
Festival iyulun 30-dan avqustun 5-dək davam edir. Hər gün iki mərhələdə konsert verilir. Birinci konsert öz möhtəşəmliyi ilə seçilən Heydər Əliyev adına Konqres Mərkəzində, ikinci konsert isə açıq havada quraşdırılan əzəmətli səhnədə keçirilir.
Artıq bir ənənə halını almış Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəmizə gələn qonaqların da sevimli bir məkanına çevrilib. Ferstivala tamaşa etdiyim zaman bura gəlmiş xarici qonaqların gözlərindəki sevinc hissindən bu, çox aydın başa düşülürdü. Festivalda çıxış edən ölkələrin hər birindən peşəkar musiqiçilərlə yanaşı, xeyli sayda musiqisevər tamaşaçılar da gəlmişdi. Qeyd edim ki, VIII
Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, İtaliya, ABŞ, Fransa, İspaniya və digər ölkələrdən olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, drijorlar iştirak edirdilər. Festivalda dünya şöhrətli bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan muğamları da ifa olunurdu.
Mən 3 avqust tarixində festivala növbəti dəfə canlı şəkildə tamaşa etdim. “Kiyev virtuozları” simfonik orkestrinin ifasını dinlədim. Solistlərdən Janna Qandelman və Dmitri Yablonski ifa edirdilər. Onu da qeyd edim ki, mən artıq 3-cü ildir ki, solist Dmitri Yablonskinin ifasını canlı dinləyirəm. Musiqiçi olmasam da, Qəbələ Beynəlxalq Musiqi Festivalında ifa olunan dünya şöhrətli bəstəkarların möhtəşəm əsərlərini canlı dinlədikcə ifalar insanın ruhunu oxşayır.
Mən çox şadam ki, doğma diyarım olan Qəbələ şəhərində belə möhtəşəm bir tədbir keçirilir və mən də bu əvəzolunmaz konserti canlı dinləmə imkanlarına sahib oluram.




 
Müəllifin son yazıları

20.09.2016 Paytaxtın gözəlləşməsi turistləri özünə cəlb edir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info