İranın səhiyyə naziri Azərbaycana səfər edəcək
Tarix: 17.08.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


ranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi yaxın vaxtlarda Bakıya səfər edəcək. Səfər zamanı Azərbaycanla İran arasında səhiyyə sahəsində mühüm saziş imzalanacaq. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Məhəmmədhadi Əyazi deyib. M. Əyazi bildirib ki, səfər çərçivəsində sənəd tibb və səhiyyə sahəsində əməkdaşlığın inkişafı naminə önəmli addımlar atılacaq. “İran və Azərbaycan səhiyyə və tibb sahəsində əməkdaşlıq üçün geniş potensiala malikdir. Düşünürəm ki, cənab Haşiminin Bakıya səfəri zamanı səhiyyə sahəsində investisiya və müalicə turizminin inkişafı ilə bağlı müzakirələr aparılacaq”. M. Əyazi deyib ki, İranda müalicə məqsədli turizmin inkişafı üçün infrastruktur mövcuddur: “Bu sahədə işlər görülsə də, hələlik istənilən nəticə əldə olunmayıb. İrana hazırda qonşu ölkələrdən  ağır xəstəliklərin müalicəsi üçün müraciətlər olur. Hazırda bu sahə ilə özəl sektor məşğul olur. Müalicə turizminin inkişafında özəl sektorun fəaliyyət göstərməsini dəstəkləyirik”. 
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı
17.09.2019
“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə
17.09.2019
“Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info