Binəqədi rayonunda ümumrayon iməcliyi keçirilib
Tarix: 05.09.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirildi.
Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəallarının, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının iştirakı ilə Biləcəri qəsəbəsi Natəvan küçəsində Şamlıq ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirildi. Eyni zamanda, aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 250 nəfər fəal iştirak etdilər.
Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olundu. Təmizlik işləri çərçivəsində 200 kvadrat metr ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşındı.
O cümlədən, aksiya iştirakçıları Azadlıq prospekti boyunda təmizlik və abadlıq işlərini davam etdirdilər. Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salındı, ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkildi. Estetik görüntüsü ilə diqqəti cəlb edən nümunəvi tullantı meydançalarının ətrafı gül dibçəkləri ilə bəzədildi. Azadlıq prospekti 189 ünvanında yaşlı və gənc nəsilin istifadəsi üçün söhbətgah, uşaqlar üçün oyun meydançası, məhəllədaxili park qurularaq sakinlərin ixtiyarına verildi.
Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rəngləndi.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.
Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb
06.04.2020
“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyənlər üçün sosial portal yaradır
06.04.2020
Prezident Akif Çovdarovu əfv edib
06.04.2020
Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06.04.2020
Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info