Ailə quran zaman zahiri görünüşə aldanmaq olmaz
Tarix: 06.09.2016 | Saat: 14:55:00 | E-mail | Çapa göndər
Elnarə Bayramova Psixoloq |

Ailəyə,ailə adət-ənənələrinə,ailə dəyərlərinə xalqımız hər zaman böyük önəm verib. Əsrlər boyu valideynlər övladlarına həyat yoldaşını sevməyi,hörmət etməyi,bir-birinin qulluğunda durmağı aşılamış,öyrətmişlər. Odur ki, Azərbaycan ailələri uzunömürlü olmuş, möhkəm təməl üzərində qurulmuşdur. Lakin bu deyilənləri son illərə də aid etmək yanlış olardı. Çünki hal-hazırda qurulan ailələrin bir qismi müxtəlif səbəblərdən tez dağılır. Fikrimizcə, xüsusən də yeni qurulan ailələrin erkən dağılmasının əsas səbəblərindən biri gənclərin ailə məsuliyyətini düzgün dərk etməmələrindən qaynaqlanır. Bəzi gənclər ailə qurmağa sıradan bir hadisə kimi baxır, ailə məsuliyyətini, onun gələcək yükünü dərk etmədən ailə qururlar. Bəs, gənclərin ailə məsuliyyətini dərk etməməsinin səbəbi nədir? Bəzən gənclər ailə qurmaq üçün tələb olunan vacib cəhətləri nəzərə almırlar, daha çox bir-birinin zahiri görünüşə önəm verirlər. Tərəflər ağıla, savada, dəyərlərə sadiqliyə və başqa vacib cəhətlərə yox, yalnız xarici görünüşə önəm verirlər. Yaxud qızlar sırf oğlanın maddi imkanına (yaxşı peşəsi,evi,maddi təminatı) önəm verir,digər mühüm amillər nəzərə alınmır. Bir qisim gənclər isə sadəcə evlənmək xatirinə ailə qururlar, “hamı evlənir,mən də evlənim” prinsipi ilə hərəkət edirlər. Bu da öz növbəsində, sonda xoşagəlməz nəticələrə gətirib çıxarır, gənc ailələr həyatın ən kiçik sınağına belə, tab gətirməyib, dağılırlar.
Odur ki, sağlam və təməli möhkəm olan ailə qurmaq istəyiriksə, yalnız maddi məsələlərə və zahiri gözəlliyə önəm verilməli deyil. Qarşımızdakı insanın düşüncə tərzinə,xarakterinə, intellektual səviyyəsinə,şəxsiyyətinə, əxlaqına yaxından bələd olmalıyıq və məhz bu meyarlar əsas götürülməlidir.Həyat yoldaşı seçimində əsas meyarlardan biri də qarşı tərəfin əxlaqlı olmasına əminlikdir. Qızlar isə kobud, qaba,sərt insanla ömür sürməyi heç istəməzlər. Onu da qeyd edək ki, ailədə ər-arvad orta hesabla 32-40 il birgə ömür sürür. Buna görə də, gənclərə tövsiyyəmiz ondan ibarətdir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla gələcək illərini puça çıxarmasınlar.Çünki bir səhv addımın ardınca bir ömürlük peşmanlıq gəlir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info