Qarşımıza qoyduğumuz məqsədə doğru
Tarix: 07.09.2016 | Saat: 13:24:00 | E-mail | Çapa göndər


Şamil Tağıyev |

Nəhayət ki, 2016-cı il Dünya Azərbaycanlılarının 4-cü Qurultayından və yay tətilindən dönən, Rusiyada fəaliyyət görstərən diaspor təşkilatları və Azərbaycanı təbliğ edən cəmiyətlər qarşılarına qoyduqları və planlaşdırdıqları diaspor və lobbiçilik fəaliətinə başlayacaqlar. Yenə də həmişəki kimi bəzi təşkilatlar, həqiqətən, real fəaliyəti ilə, digərləri isə simulyativ işləri ilə fərqlənəcəklər.
Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİF) olaraq, biz bu il yenidən hər il reallaşdırdığımız təhsil, mədəniyyət və idman sahəsində lahiyələrimizə start verməkdəyik. Sentyabr ayının 17-dən etibarən bizim Bazar günü məktəbimiz fəaliyətə başlayır. Bu il digər illərə nisbət olaraq 250-ə yaxın azərbaycanlı və qeyri-millətlərin nümayəndələri Bazar günü məktəbimizin dərslərində təhsillərini artırmaq üçün ərizə yazıblar. Artıq 5 ilə yaxındır ki, bizim müəllimlərimiz Moskvada yaşayan həmyerlilərimizə və yerli millətlərin nümayəndələrinə Azərbaycan dili, tarixi, ədəbiyyatı, mədəniyyətı dərsləri keçir və bununla yanaşı məktəbimizdə ingilis, ispan, ərəb dilləri, dünya fəlsəfəsi, riaziyyat və kompüter dərsləri keçirik. Bütün dərslər il boyu tamamı ilə təmənnasızdır. Bir il ərzində Rusiya təhsil ocaqlarında çoxsaylı mədəniyyət günləri və dostluq dərsləri keçirik. Fondumuzun ənənəvi tədbirlərindən başqa, hər il biz öz qarşımıza lobbicilik fəaliyəti ilə bağlı tapşırıq qoyuruq və il ərzində addım-addım qarşımızda qoyulan tapşırığa doğru gedirik. Keçən il ən böyük nailiyyətimizdən biri o oldu ki, Moskvada və Moskva vilayətlərində yaşayan gəncləri diasporda fəal olmağa cəlb edərək və bunula bağlı “Diasporaya yaxın ol” lahiyəsinnə fondumuzun fəalları tərəfindən start verildi. Və az muddətə onlarla fəal gəncləri öz lahiyələrimizə cəlb edə bildik. Təhsil layihəsindən başqa, hər il “Gənc azərbaycanlı yazarlar festivalı”, “Vuqar Həşimov” adına şahmat turniri, “Məmməd Əmin Rəsulzadə” adına futbol turniri, “Beynəlxalq nərd” yarışı, “Azərbaycan gənclər günü” ilə bağlı festval, pikniklər, yazıçı və zialılar ilə görüşlər, elmi dəyirmi masalar və təqvim bayramlarını kütləvi şəkildə qeyd edirik.
Bu il qarşımaıza qoyduğumuz tapşırıq isə Rusiya təşkilatlarına inteqrasiya olmaqdır və keşən bir il ərzində ətrafımızda toplaya bildiyimiz fəal gəncləri, çoxsaylı konfranslara və forumlara cəlb edirik. Sentyabr ayı başlayandan artıq bir neçə fəalımız Avrasiya forumunda, elmi və mədəniyyət konfranslarına, Rusiya milli azlıqlar forumuna, Rusiya Millətlər Assambleyası və bir çox başqa tədbirlərdə fəal iştirak ediblər. Və qarşıda bir neçə fəalımızın digər önəmli tədbirlərdə iştirakı planlaşdırılıb. Onu da qeyd etmək istəyirəm ki, bu il bizim fondun 100 tirajlı “Odlar-Yurdu” adlı jurnalıda dərc edildi. Jurnalın yaranmasında fondun fəalları olan Dmitriy Kruqlix, Aynur Əliyeva, Aysel Suleymanəva, Anar Haciyev, Səid Həsənov, Nərmin Həsənova və Rəsul bəyin böyük əməyi var.
Bu günlərdə bizim iki fəalimiz Said Həsənov və Dmitriy Kruqlıx Rusiyanın uzaq və yaxın bölgələrində keçirilən dövlət forumlarında bizim maraqlarımızı təmsil edirlər. Bu il ərzində çalışacıq ki, Moskvada yaşayan hər bir azərbaycanlı fəal, yerli təşkilatların daxilində düzgün istiqamətini tapsınlar. Əgər qarşımıza qoyduğumuz builki məqlədlərimizi şərəfincə yerinə yetirə bilsək, il sonunda qururla gördüyümüz işlərdən danışa biləcəyik.
Sonda Moskvada yaşayan hər bir azərbaycanlını bizimlə əl-ələ verib, bizim işlərdə bacardıqları qədər bizə kömək olmaqlarına çağırıram. Çünki bizim etdiklərimiz işlər, həm sizin maraqlarınız dairəsindədir, həm də bütün Vətənsevənlərin.
Azərbaycanın dahilərindən olan Hacı Zeynalabdin Tağıyev təhsilə aid dediyi kəlmələr, birinci günnən bizim fondun şüarı olub: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.





 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info