“Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir”
Tarix: 15.09.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Vatikan arasında münasibətlər çox yaxşıdır”. Bu sözləri Roma Papası Fransiskin Bakıya səfəri ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycandakı Roma katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Fekete deyib.
O bildirib ki, Azərbaycanın Vatikanda yenidənqurma üzrə fəaliyyəti bu əlaqələrin inkişafına xidmət edib. “Səfərin “Multikulturalizm ili”ndə baş tutması ondan xəbər verir ki, Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək”,- deyə Vladimir Fekete vurğulayıb. Ordinari bu səfərin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladimir Fekete problemin güc yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox həssas məsələdir. Çünki 20 ildən çoxdur davam edir”, - deyə V.Fekete bildirib. Roma Papasının bu regiona səfərinin şüarının “Hamımız qardaşıq” olduğunu qeyd edən ordinari bildirib ki, Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info