“Bakı tarixdə ən yaxşı Şahmat Olimpiadası keçirməyə nail oldu”
Tarix: 16.09.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Kirsan İlyumjinov TASS agentliyində mətbuat konfransı keçirərək Bakıda başa çatmış 42-ci Şahmat Olimpiadasına yekun vurub. O deyib: “Bizim üçün şərəfdir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etdi, Olimpiadanı açıq elan etdi, oyunlara baxdı, Rusiyanın qadınlardan ibarət yığma komandasının üzvü, dünya çempionu Aleksandra Kostenyukun əvəzinə birinci gedişi etdi”.
K.İlyumjinovun sözlərinə görə, Bakı tarixdə ən yaxşı Şahmat Olimpiadası keçirməyə nail oldu: “Sentyabrın 1-dən 13-dək Bakıda keçirilmiş Olimpiadanın nəticələrinə əsasən deməliyəm ki, bu, həm yarışların təşkilinə, həm iştirakçıların sayına, həm də onların keyfiyyətli tərkibinə görə FIDE tarixində ən yaxşı olimpiada oldu. 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə eyni zamanda FIDE-nin Baş Assambleyası keçirildi. Bu tədbirdə rekord sayda - 182 ölkə iştirak edirdi. Olimpiadada təmsil olunmuş kişi və qadın komandalarının sayı da rekord göstərici idi. Bu Olimpiadada 800-dən çox beynəlxalq usta, o cümlədən hazırkı iki dünya çempionu - norveçli qrossmeyster Maqnus Karlsen və Çinin qadınlardan ibarət yığma komandasının kapitanı Hou İfan iştirak edirdi. Bakı Olimpiadası bütün rekordları təzələdi”. FIDE-nin prezidenti vurğulayıb ki, Olimpiadanın davam etdiyi bütün 13 gün ərzində bu tədbirin təşkili ilə əlaqədar FIDE tərəfindən heç bir irad olmayıb. O deyib: “Xatırladım ki, Tromsda keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasında arbitrlər turnir zalı ilə onların yaşadığı yer arasında məsafənin çox böyük olmasından şikayətlənirdilər. 300 hakim bu məsafəni 2 saata qət etməli olurdu. Bakıda isə FIDE-nin bütün qaydalarına riayət olunur, həm hakimlər, həm də şahmatçılar turnirin keçirildiyi yerin lap yaxınlığında qalırdı. Azərbaycan Şahmat Federasiyası və Olimpiadanın Təşkilat Komitəsi bütün tələblərə riayət edirdi. Şahmat partiyalarının keyfiyyət səviyyəsi də çox yüksək idi”. Kirsan İlyumjinov xüsusi qeyd edib ki, Rio Olimpiadasından fərqli olaraq, Bakıda keçirilən Olimpiada dövründə dopinqlə bağlı heç bir qalmaqal olmayıb. FIDE rəhbəri Azərbaycanda şahmatın inkişafını yüksək qiymətləndirib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ilk dövlət başçısıdır ki, şahmatın inkişafına dair dövlət proqramı imzalayıb. O proqramda milli yığma komandanın hazırlanması, hər bir yaşayış məntəqəsi, hər bir rayon mərkəzində və şəhərdə şahmat mərkəzi açılmasının maliyyələşdirilməsi nəzərdə tutulub. Mən özüm Naxçıvanda və Şəmkirdə bir neçə şahmat sarayının açılışında şəxsən iştirak etmişəm. Sumqayıtda isə ağ mərmərdən şahmat şahı şəklində gözəl şahmat sarayı açılacaq, orada uşaq akademiyası olacaq. Azərbaycanda şahmat məktəb proqramına daxil edilib. Olimpiada dövründə İlham Əliyev bildirdi ki, Bakıda və bəzi başqa şəhərlərdə şahmat zəruri tədris fənni olacaq. Bu respublikada şahmata münasibət belədir”.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info