Yapon televiziyası: “Azərbaycan möhtəşəm turizm infrastrukturu yaratmağa nail olub”
Tarix: 19.09.2016 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Yaponiyanın “World İnverstors TV” internet televiziyasında Azərbaycanın "JATA Tourizm EXPO Japan - 2016" beynəlxalq turizm sərgisində iştirakı barədə xüsusi veriliş yayımlanıb.
Əvvəlcə verilişin aparıcıları və sərginin təşkilatçıları bu beynəlxalq sərginin əhəmiyyəti, burada iştirak edən ölkələr barədə məlumat veriblər. Qeyd olunub ki, dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “JATA-2016” sentyabrın 22-dən 25-dək Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda keçiriləcək. Budəfəki sərgidə 170-dən çox ölkədən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 700-dən çox şirkətin iştirakı gözlənilir.
Qeyd olunub ki, sərgidə əsas mövzulardan biri Qara Dəniz hövzəsi ölkələrinə həsr ediləcək. Yapon turistləri üçün Qara Dəniz hövzəsi ölkələrinin əksəriyyəti hələ də bir çox hallarda naməlum istiqamət hesab olunur. Bununla əlaqədar olaraq JATA növbəti sərgi zamanı Qara Dəniz hövzəsi ölkələrindən bəzilərini təyinat nöqtəsi seçib və bu ölkələri təbliğ etməyi təklif edir. Bu ölkələrə Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Ukrayna ilə yanaşı, Azərbaycan da daxil edilib. Azərbaycan haqda məlumat verən verilişin iştirakçıları bildiriblər ki, ölkəmiz son illər sürətlə inkişaf edərək möhtəşəm turizm infrastrukturu yaratmağa nail olub. Təbii əsrarəngizliyi, qədim tarixi abidələri, zəngin musiqi və mətbəx mədəniyyəti ilə seçilən Azərbaycanda hazırda müasir və rahat otellər şəbəkəsi yaradılıb, yeni yollar çəkilib.
Vurğulanıb ki, sərgi çərçivəsində keçiriləcək seminarlardan biri ümumilikdə Azərbaycana həsr olunacaq. “Cross Border Club” şirkətinin prezidenti Kazuyasu İşida bu tədbirdə ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verəcək. Eyni zamanda, sərgiyə gələn ziyarətçilərə Azərbaycanın turizm potensialı barədə ingilis və yapon dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunacaq. Bütün bunlar Yaponiyanın və ətraf ölkələrin turizm həvəskarlarının Azərbaycan haqqında daha ətraflı məlumatlar əldə etməsinə imkan yaratmış olacaq.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info