“Tapşırıq Qərbdən gəlib”
Tarix: 20.09.2016 | Saat: 14:35:00 | E-mail | Çapa göndər
Tural Tağıyev |

Hər bir demokratik dövlətdə normal müxalifət formalaşır və müxalifətin fəaliyyəti hakimiyyətdə olan siyasi qüvvə ilə rəqabət aparmaq, siyasi ideyalarla, konsepsiyaların yaradılması ilə güclənib xalq arasında dəstək tapmaqdan ibarət olur. Çox təəssüf ki, bizim müxalifətin fəaliyyəti rəqabətdən çox xalqa, dövlətə qarşı çıxmaqdan ibarət olan fəaliyyətdən, satqınlıqlardan, siyasi bazarlıqdan və xarici ölkələrdə hazırlanan ssenarilərə uyğun hərəkət etməkdən ibarətdir. “Milli şura” adlı qondarma qurumu yaradıb orada birləşən müxalifət bu qurum daxilində də bir uğura imza ata bilmədi və beləcə çəkilib bir küncdə öz aralarında bir-birini qırmağa başladılar. Amma son bir ayda nədənsə “milli şura” “qəflət yuxusundan” ayıldı. Mitinqlərlə gündəmə gələn müxalifət əslində yuxudan da ayılmadı, sadəcə maddi maraqlara görə, xaricdən maliyyə cəlb eləmək üçün mitinqləri gündəmə gətirdi. Yəni, öz havadarlarına göstərmək istədilər ki, biz fəaliyyətsiz deyilik, pulunuzu verin istədiyiniz havaya rəqs edərik! Təsadüfi deyil ki, müxalifət liderlərinin mitinqlərdən əvvəl intensiv şəkildə Qərb ölkələrinin Azərbaycandakı səfirliyinə çağırıldığı və görüşlərin keçirildiyi müəyyən olundu. Əslində, bu üzdəniraq siyasətçilər Qərbdəki bəzi dairələrin əlaltıları olduqlarını gizlətmirlər də... Mitinqlərə qədər siyasi mühacir alveri ilə məşğul olub, partiya bileti satan müxalifət rəhbərləri indi yeni bazarlığın-daha böyük məbləğlər qazanmağın zamanının yetişdiyini hiss etdilər.
Mitinqlərdəki çıxışlarında Qərb sevdalısı olduqlarını aşkar sezdirən bu siyasi alverçilər Qərb ölkələrinin bir neçə müsəlman ölkələrini necə viran qoymalarını ya unudurlar, ya da elə arzuları budur ki, Azərbaycan da viran qalsın! Əslində, bir dəfə Azərbaycanı viran qoyublar da... Hər kəs yaxın keçmişdə AXC hakimiyyətinin ölkəmizi nə hala saldıqlarını yaxşı xatırlayır. İndi mitinqlərlə yenidən gündəmə gəlmək istəyən radikallar özləri də gözəl bilirlər ki, xalq arasında dəstək tapan deyillər. Bunu təşkil etdikləri mitinqlərdən də görmək olar. Yalnız öz qohum- əqrəbalarını və pulla tutulan insanları bu işə cəlb edən müxalifət liderləri yeni metoda da əl atdılar-radikal dindarları da meydanlara daşımağa cəhd etdilər. Amma dindarın işi ibadətdir, din, hətta elm öyrənmək və yalnız din adına hərəkət etməkdir. Siyasətə bu şəkildə qarışan, meydanlara çıxıb siyasi şüarlar səsləndirənlər heç şübhəsiz ki, radikal insanlar din adına ləkə gətirənlər idilər. Əslində bu tapşırıq da Qərbdən gəlmişdi və müxalifət bunu həyata keçirdi. Yəni, dindarların mitinqlərə, siyasətə aktiv qatılması Qərbdə hazırlanan siyasi texnologiyanın bir hissəsi idi. Artıq viran qalmış bəzi ərəb ölkələrindəki kimi, bizdə də gücsüz olan müxalifətin əli ilə dini siyasətə qatmağa- bu texnologiyanı tətbiq etməyə çalışırlar. Bundan başqa, o da sirr deyil ki, müxalifətin sifariş aldığı xarici mərkəzlərin bir ucu həmişə ya gedib erməni əsilli insanlara çıxır, ya da erməniləri müdafiə edən fondlara, qurumlara. Bu səbəbdən daim onları ermənilərlə birgə beynəlxalq tədbirlərdə, eyni masa arxasında mehriban görmək olur. Nədir bu erməni sevdası? Nədir ermənilərə dəstək olanların verdiyi sifarişlər əsasında xaos yaratmaq istəyi, mitinqlər, aksiyalarla gündəmə gəlmək marağı? Yəni bunu doğrudan anlamırlar ki, onların qatarı çoxdan gedib? Meydanları doldura bilməyən radikallar özləri kimi dindarlara qucaq açmaqla onlardan da istifadə eləməyə çalışırlar. Doğrudanmı aksiyaya gedən bu radikal dindarlar müxalifətin hiyləgər gedişlərin sezmirlər? Kimlərsə ölkə daxilində müxalif siyasi təşkilatlarla yanaşı, radikal dindarları da hərəkətə gətirməyə çalışır ki, bu da uğurlu alınmır. Ümumiyyətlə, radikal dindarların siyasətlə məşğul olmağa cəhd etmələrinin Nardaran nümunəsini ən yaxın keçmişimizdə gördük. Müxalifətin də, gücsüz qaldığını görüb bu radikallara qucaq açması təsadüfdən yaranmadı. Xaricdən tapşırıq gəldi, ağa deyir sür dərəyə sürməlisən. Amma bu dərə onların son dərəsi, uçurmu olacaq.
Qısası, bu gün Azərbaycan çox dəyişib. Uzun illər inkişafda olan ölkəmizdə nəinki belə radikal düşüncəli insanlara yer qalmayıb, artıq onların ardınca gedəcək kütlə də yoxdur. Hər kəs müxalifətin məqsəd və məramına da bələddir. Ona görə də, xaricdən sifarişlər alıb siyasi şoular düzəltmək, Azərbaycanda qarışıqlıq yaratmaq üçün münbit şərait olduğunu yalandan göstərmək kimi aktyorluğunuz çox uğursuz alındı. Qərbin çaldığı növbəti havaları oynamaq üçün hələ müxalifətdə çox çürüyəcəksiniz!




 
Müəllifin son yazıları

27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
23.11.2016 Qabanellinin “erməni sevdası”
11.01.2016 Yolunuzu düz seçin
06.03.2015 Saxta profillərlə insanları təhqir edənlər cəzalandırılmalıdırlar
07.11.2014 Qərb təkbaşına dünyanı idarə edə bilmir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7894

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info