İki yüzə yaxın tələbənin gözləri müayinə edilib
Tarix: 19.03.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Bakı Dövlət Universitetinin tələbələri arasında gözlərin müayinə və müalicəsini həyata keçirib.
Aksiya görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunub. Müayinə zamanı əksər tələbələr üzərində gözün ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib. Peşəkar oftalmoloqlardan ibarət həkim heyəti aksiyanın ilk günündə iki yüzə yaxın tələbəni müayinə edib. Müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar klinika respublikanın müxtəlif bölgələrində əhaliyə tibbi yardım göstərir. Səyyar klinikanın təhsil müəssisələrində mütəmadi olaraq keçirdiyi aksiyaların məqsədi tələbələri tədrisdən ayırmadan onları oftalmoloji müayinə etmək, gözlərdə yaranan patoloji dəyişiklikləri aşkara çıxararaq müalicə etməkdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası digər təhsil müəssisələrində də bu cür aksiyalar keçirməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info