Sergey Dubovik: “Biz Azərbaycanda referendumun gedişini izləməkdən şadıq”
Tarix: 26.09.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


“Biz, Ukrayna MSK-nın əməkdaşları azərbaycanlı həmkarlarımız tərəfindən işin yüksək səviyyədə təşkil olunmasını müşahidə etdik. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, yerli hakimiyyət orqanları bu referendumun təşkili və keçirilməsi ilə bağlı çox böyük iş görüblər. Hər şey mütəşəkkil qaydadadır. Biz heç bir pozuntu görməmişik. Azərbaycan Respublikası seçki qanunvericiliyinin əsas standartlarına və prinsiplərinə riayət edilir. Seçki məntəqələrinin ətrafında yaxşı ab-hava duyulur. İnsanlar xoş əhvaldadır. Bu gün burada olmağımıza çox şadıq. Həmkarlarımıza uğurlar arzulayırıq”. Bu fikirləri sentyabrın 26-da AZƏRTAC-a müsahibəsində Ukrayna Mərkəzi Seçki Komissiyasının əməkdaşı Sergey Dubovik söyləyib. Ukraynalı müşahidəçi deyib: Saat 12-dək 8-10 məntəqədə olmuşuq. İndi Bakının mərkəzi hissəsindəyik. Lakin ucqarlarda, Bakətrafı yaşayış məntəqələrində də olmuşuq. Hər yerdə eyni dərəcədə yaxşı vəziyyət olduğunu gördük. Məntəqə seçki komissiyalarının üzvləri yaxşı hazırlıq keçiblər. Seçicilərə qaydaları vaxtında izah ediblər. Seçicilər seçki bülletenlərinin məzmunu və referenduma çıxarılan dəyişiklikl ərin mahiyyəti barədə yaxşı məlumatlandırılıb.
-Azərbaycanda səsvermə prosesini ilk dəfə izləyirsiniz?
-Xeyr. Sizin ölkədə parlament seçkilərinin müşahidəsində də iştirak etmişik, Azərbaycan qanunvericiliyini öyrənmişik. Buna görə də vəziyyəti yaxşı bilirik. Bu axşam Azərbaycan MSK-da olmağı planlaşdırırıq. Zənnimcə yekun mətbuat konfransı olacaq. Biz müşahidələrimizin yekun nəticələrini orada açıqlayacağıq.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info