TAP üzrə Albaniyada giriş yolları və körpülərin modernləşdirilməsi davam edir
Tarix: 28.09.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə indiyədək Albaniyada giriş yolları və körpülərin modernləşdirilməsinin birinci mərhələsinin 92,4 faizdən çoxu başa çatıb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib. “Hazırda bütün tikinti işlərinə paralel olaraq, boru kəməri üzrə giriş yolları və körpülərin modernləşdirilməsi prosesi davam edir. 60 ton ağırlığında boruəyən texnika və avadanlıq bizə imkan verir ki, uzunluğu 18 metr və ağırlığı 16 ton olan 1000-dən çox borunu kəmərin marşrutu boyunca daha ucqar rayonlara çatdıraq. İndiyədək 48 kilometr yol və 42 körpünü əhatə edən giriş yolları və körpülərin modernləşdirilməsi işlərinin birinci mərhələsinin 92,4 faizdən çoxu başa çatıb. Yolların bərpasının ikinci mərhələsi üzrə 100 kilometrlik hissənin mühəndislik, təchizat və tikintisi (EPC) isə Fransanın “SPIECAPAG” şirkəti tərəfindən həyata keçiriləcək. Hazırda tikinti işləri iki düşərgə və iki boru meydançasında aparılır”, - deyə L.Givert əlavə edib. Onun sözlərinə görə, TAP kəmərinin Albaniya hissəsinin inşasında istifadə olunacaq boruların 44 faizi sahələrə çatdırılıb: “Bu ilin aprelindən etibarən TAP-ın tikintisində istifadə olunacaq borular Albaniyanın Durres limanına gəlməkdə davam edir. İndiyədək TAP-ın 211 kilometrdən çox Albaniya hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun 44 faizi sahələrə təhvil verilib”. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin seqmenti olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır
19.06.2019
Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikincidir
19.06.2019
Vüsal Qasımlı: Yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info