“Referendum Azərbaycanın yeni mərhələyə keçməsi üçün zəruri idi”
Tarix: 28.09.2016 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum Azərbaycanın keyfiyyət etibarı ilə yeni bir mərhələyə keçməsi üçün çox zəruri olan addım idi. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, referendum çox şəffaf keçirildi və Azərbaycan xalqının iradəsini tam ifadə etdi: “Beynəlxalq ictimaiyyət də bir daha gördü ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəraitdə keçirilir və seçkilər xalqın iradəsini əks etdirir”.
B.Əliyev qeyd edib ki, referendum Azərbaycanın xarici ölkələrdə olan səfirliklərində də yükək səviyyədə təşkil olunmuşdu: “Mən Qazaxıstanda Azərbaycan səfirliyində səs verdim. səfirlikdə referendum çox yaxşı təşkil olunmuşdu. Səsvermə hüququna malik vətəndaşlarımız fəal şəkildə səsvermədə iştirak etdilər”.
Deputat əlavə edib ki, Azərbaycanda keçirilən referendum İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament üzvlərinin nümayəndələrinin iştirakı ilə Qazaxıstanda keçirilən forum iştirakçıları tərəfindən də yüksək qiymətləndirilib: “Forum çərçivəsində fasilələr zamanı digər ölkələrdən olan həmkarlarımızla referendum haqqında fikir mübadiləsi apardıq. Onlar referendumun Azərbaycan xalqının böyük dəstəyi ilə, şəffaf və obyektiv keçirildiyini bildirdilər”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info