DGK sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
Tarix: 29.09.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə ÜGR-nin baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib.
 
DGK-nın Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan gömrük xidmətinin ÜGT ilə qarşılıqlı əlaqələrinə toxunan A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən söhbət açıb.
 
ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən komitə sədri, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub. Qeyd edilib ki, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli seminarlar keçirilib. Bu günlərdə isə ofisdə Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarın təşkil olunduğu da diqqətə çatdırılıb.
 
A. Əliyev ötən il Bakı şəhərində keçirilən ÜGT-nin 10-cu illik PICARD konfransının nəticələrinə də toxunaraq, bu tədbirin gömrük sahəsində elm, tədris və tədqiqat məsələlərinin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaratdığını bildirib. Komitə sədri vurğulayıb ki, akademik tədqiqatların və təhsilin əhəmiyyətini və onun faydalarını tam dərk edən Azərbaycan gömrük xidməti gömrük təhsilinin təbliği istiqamətində inamlı addımlar atır.
 
K. Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını bildirib. Rəhbəri olduğu təşkilatda Azərbaycan gömrük xidmətinin rolunu yüksək qiymətləndirən Baş katib ÜGT ilə Azərbaycan gömrük xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.
 
K. Mikuriya qeyd edib ki, ÜGT-nin 10-cu illik PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisə idi və Bakı konfransı gömrük işində peşəkarlığın artırılması və elm sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda faydalı olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info