BMT Komissiyası: ”ABŞ qaradərililərə qarşı törədilən cinayətlərə görə, onlara təzminat ödəməlidir”
Tarix: 29.09.2016 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“Ağ Evdə Suriya ordusunun Hələbə hücumunun qarşısını almaq üçün müxalifətə əlavə silah verilməsi ilə bağlı müzakirələr davam edir”. Bu fikirləri “The Wall Street Journal” nəşri Ağ Ev rəsmisinin sözlərinə istinadən yayıb. Nəşrin yazdığına görə, ABŞ-ın "B planı" ətrafında müzakirəsində mərkəzi mövzu Mərkəzi Kəşfiyyat İdarəsi və regional tərəfdaşların prosesdə rolu ilə bağlıdır. Ağ Ev güclü zenit-raket kompleksləri sistemlərinin müxalifət qüvvələrinə verilməsinə qarşı çıxaraq, əsas kimi, bu silahların sonradan terrorçuların əlinə keçməsini göstərir. Amma Mərkəzi Kəşfiyyat İdarəsinin təşəbbüsü ilə Vaşinqton regional tərəfdaşları vasitəsilə Suriya müxalifətinə yüksək dəqiqlikli silahların tədarükü imkanlarını nəzərdən keçirir. Bəzi məmurlar artıq vaxtın itirildiyini iddia edərək, rəhbərliyə Əsəd rejiminə qarşı hərbi tədbirləri birbaşa həyata kesirməyi təklif edirlər. Lakin qeyd edək ki, Ağ Evdə ABŞ-ın açıq hərbi müdaxiləsinə qarşı çıxanlar da az deyil. Onlar bunu regionda Rusiya ilə münaqişə riskinin artması ilə əlaqələndirirlər.
Qeyd edək ki, Barak Obamanın hərbi məsləhətçiləri ilə yanaşı, bir çox kəşfiyyat rəsmiləri də, bu ilin fevral ayından başlayaraq Suriya müxalifətinə yardım üçün alternativ plan üzərində işləməyi ABŞ prezidentinə çağırış etmişdilər.
Xatırlatmaq yerinə düşər ki, hələ 2013-cü ildən bəri ABŞ –ın Suriya üsyançılarına silah dəstəyi proqramı mövcuddur. Bu ideyanın həyata keçirilməsinin əsas tərəfdarları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan və ABŞ müdafiə naziri Eşton Karterdir.
Çərşənbə günü ABŞ Dövlət Departamenti bildirib ki, dövlət katibi Con Kerri xarici işlər naziri Sergey Lavrova, Rusiyanın Hələbə qarşı hücum və hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmayacağı təqdirdə, ikitərəfli danışıqlara son verəcəklərini bəyan edib.
Qəribə məntiq yaranır. Dünyaya «demokratiya ixrac» edən ABŞ-ın özündə getdikcə demokratiya “əriyir”. Müstəmləkə tarixi, köləlik, irqi ayrı-seçkilik bu gün də Amerika Birləşmiş Ştatlarında ciddi problem olaraq qalır. Cəmiyyətdə əhəmiyyətli dəyişikliklərə baxmayaraq, digərləri üzərində bir qrupun hökmranlığı, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarına təzyiq davam edir. Bu, daha çox qardərili amerikalılara qarşı münasibətdə müşahidə edilməkdədir. Qeyd edək ki, Amerika kimi demokratik ölkədə qaradərili əhalinin xeyli hissəsi seçki hüququndan məhrumdur. Təsadüfi deyil ki, bunu artıq BMT Komissiyası da etiraf etməkdədir. «The Washington Post» nəşrinin yazdığına görə, BMT Komissiyasının rəyində bildirilir ki, irqi hökmranlıq və zorakı ictimai aktlar nəticəsində minlərlə Afrika mənşəli insanların ölməsinə baxmayaraq, bu gün də günahkarlar məsuliyyətə cəlb edilməyiblər. BMT Komissiyası qaradərililərə qarşı törədilən cinayətlərə görə onlara təzminat ödəməyi təklif edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info