“Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır”
Tarix: 30.09.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Bugünlərdə Sumqayıtda Heydər Əliyev Mərkəzinin binasının açılışında çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, ötən müddət ərzində nəzərdə tutulan strateji seçim özünü doğruldub və bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir: “Bu gün bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.
Ölkə başçısı onu da bildirdi ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Qeyd edildi ki, enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır və Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələri icra edirik. Bütün sosial layihələr 2017-ci ildə də icra ediləcək, ölkəmizdə yeni xəstəxanalar, məktəblər, ictimai yerlər yaradılacaq.

“Çoxvektorlu siyasət
davam etdirilməlidir”


Bu gün müxtəlif qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri də o fikirdədir ki, həqiqətən də, hazırda ölkəmizlə hesablaşırlar və dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadi sahədə inkişaf edir. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyevin sözlərinə görə, ölkə başçısının bildirdiyi fikirlər əsaslara söykənir: “İlk növbədə onu qeyd edim ki, ölkə başçısı tərəfindən balanslı bir siyasət aparılır. Siyasət vektorları bütün istiqamət üzrə çalışır ki, əlaqələr yaradılsın, milli maraqlarına uyğun olaraq inkişaf etsin. Azərbaycanın həm də müstəqil siyasət aparmasını göstərən amillərdən biri də odur ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının üzvü oldu və orada 155 dövlət onu dəstəklədi. O zaman üzv olarkən Azərbaycan dünyada sülhün möhkəmlənməsi, terrorizmə qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürdü və qəbul edildi. Digər tərəfdən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğu göz qabağındadır. Həm iqtisadi potensialına görə, həm də böyük layihələrin həyata keçirilməsinin əsas mənbəyi Azərbaycandır. Bundan başqa, apardığı siyasətin nəticələrinə uyğun olaraq Azərbaycan genişmiqyaslı nəqliyyat qovşağına çevrilməkdədir. Həm neft-qaz kəmərlərinin burdan keçməsi, həm şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi, bütövlükdə dəmir yolu, quru, dəniz nəqliyyatı ilə bağlı ölkəmizin müstəqil siyasət apardığını göstərir. Eləcə də bu layihələrin həyata keçirilməsi və ölkəmizin təkidi ilə Ermənistan bu layihələrdən kənarda qalır. Hesab edirəm ki, ardıcıl iqtisadi, siyasi, hərbi və digər tədbirlər Azərbaycanın müstəqil siyasət apardığını göstərir. Düşünürəm ki, çoxvektorlu siyasət davam etdirilməlidir. Çünki Prezident görüşlərində, müşavirələrdə hər zaman söyləyib və buna uyğun olaraq addımlar atılır. Həm də Azərbaycan etibarlı partnyor kimi qiymətləndirilir. Yəni verdiyi sözə axıra qədər sədaqətli olduğunu nümayiş etdirir. Bu çox vacib məsələdir. Çünki müasir siyasətdə heç də bütün hallarda ayrı-ayrı dövlətlər verdikləri vədi yerinə yetirmirlər. Bu da onları qeyri-etibarlı partnyor kimi göstərir. Amma Azərbaycan hər zaman imzaladığı müqavilələrə sadiqliyi, bu istiqamətdə görülən fəaliyyəti ilə bunu hər zaman sübut edib. Bu baxımdan Prezidentin söylədikləri məsələlər həqiqətə, Azərbaycanın apardığı real siyasətə söykənir”.

“İslahatlar əhalinin
rifahını daha da yaxşılaşdıracaq”


Dünyada iqtisadi böhranı başladıqdan sonra daha da dərinləşməyə doğru getdiyini deyən Ə. Nuriyev bildirdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan apardığı siyasət nəticəsində bu böhranın məngənəsinə düşmədi, bu dövrdə də iqtisadi inkişaf davam etdi, sosial proqramlar həyata keçirildi. Onun sözlərinə görə, aparılan sosial-iqtisadi islahatların nəticəsində həm ölkədə cəmiyyətin sosial təminat sistemi daha da gücləndirilib, sosial infrastruktur layihələr həyata keçirilib, regionlar inkişaf etdirilib: “Böhranda, adətən, sosial ayırmalar azalır, ancaq Azərbaycan sosial proqramları davam etdirib və etdirəcək. Bu da ilk növbədə vətəndaşların rifahının gücləndirilməsinə yönələn addımlardır. Eyni zamanda postneft dövrünə daxil oluruq və istər-istəməz iqtisadi maliyyə böhranı bu və ya digər ölkəyə müəyyən təsirləri var. Aparılan hazırkı iqtisadi islahatların mahiyyəti, məzmunu ona imkan verəcək ki, yenə də əhalinin sosial müdafiə imkanları qorunub saxlansın və daha da güclənsin. Həmçinin yeni iş yerləri yaradılsın. İqtisadi islahatlarla yanaşı, siyasi islahatlar da aparılır. Dövlət idarəetməsində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Referendumda səsvermənin nəticələri də bunu göstərir. Bu da islahatların sürətini və səmərəliyini daha da artıraq ki, bu da əhalinin rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

“Beynəlxalq arenada istər neft, istərsə də qaz ixracatçısı kimi bizimlə razılaşırlar”
Siyasi şərhçi Arzu Nağıyev isə bildirdi ki, Prezident İlham Əliyev öz çıxışında, əsasən, iqtisadi, siyasi və hərbi imkanlarımızı nəzərdə tuturdu: “Məlumdur ki, bu gün Azərbaycan öz daxili və xarici siyasətini həyata keçirir və kiminsə diqtəsi ilə bunu etmir. Ölkə başçısı bunu, hətta Avropa İttifaqı və digər qurumların nümayəndələri ilə görüşdə də bildirdi və mühüm arqumentlər, faktlar ortaya qoydu. Digər məsələ iqtisadiyyatla bağlıdır. Yəni beynəlxalq arenada istər neft, istərsə də qaz ixracatçısı kimi bizimlə razılaşırlar. Təbii ki, bu digər sahələrə də şamil edilə bilər. Hərbi baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu gün istər ATƏT və ya digər çərçivədə biz öz fikrimizi diqtə etdirir və beynəlxalq qanunlara zidd olmayaraq şərtlər irəli sürürük. Keçirilən referendumdan sonra düşünürəm ki, bütün sahələrdə, o cümlədən sosial sahədə də reformlara start veriləcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info