Rusiya Dövlət Ermitajında erməni saxtakarlığının qarşısı alınıb
Tarix: 30.09.2016 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin müraciəti əsasında Rusiya Dövlət Ermitajında erməni alimlərinin qərəzli müzakirə mövzusu konfransın gündəliyindən çıxarılıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 26-29-da Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilib. Konfransın sentyabrın 29-na nəzərdə tutulan iclasında erməni alimi A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıları məlumatlandırıb, burada fəaliyyət göstərən “Naxçıvan cəmiyyəti”nin üzvləri və AMEA Naxçıvan Bölməsinin alim və tədqiqatçıları “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsinə məktub göndərərək qərəzli yanaşmaya kəskin etirazlarını bildirib, “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı məruzənin konfransın gündəliyindən çıxarılmasını tələb ediblər.
Etiraz məktublarında qədim Azərbaycan torpaqlarının “Şərqi Ermənistan” kimi qələmə verilməsinin elmi və tarixilik baxımından kobud səhv olduğu, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə adları qeyd olunan xanlıqların ərazisinə 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra köçürüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, 1747-1828-ci illərdə Nadir şah imperiyasının süqutundan sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranıb, həmin dövrdə nə Ermənistan adlı dövlət, nə də “Şərqi Ermənistan” adlı coğrafi ərazi olmayıb. Adları çəkilən xanlıqları isə Azərbaycan türkləri olan Qacarlar, Kəngərlilər, Ziyadoğlular, Cavanşirlər sülaləsi idarə ediblər. Həmin dövrdə Ermənistan dövləti olmadığı üçün bu dövlət adından pul kəsilməsinin mümkünsüzlüyü faktlarla konfransın təşkilat komitəsinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bu məsələ bir dəfə də keçmiş Sovetlər Birliyi dövründə – 1971-ci ildə gündəliyə gətirilib. Həmin dövrdə Rusiya Dövlət Ermitajının hazırkı direktoru akademik M.B.Piotrovskinin atası B.Piotrovski “Redaksiyaya məktub” sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrinin mənimsənilməsini mümkünsüz və elmi yanlışlıq hesab edib. Məsələnin ikinci dəfə gündəliyə gətirilməsi Rusiya Dövlət Ermitajının və şəxsən onun direktoru akademik M.B.Piotrovskinin tarixə saxtakar münasibətinin və açıq-aşkar ermənipərəst mövqeyinin nəticəsi idi.
Haqlı tələb və etirazlardan sonra “Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsi A.V.Akopyanın və P.N.Petrovun təqdim etdikləri “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlı mövzunu konfransın gündəliyindən çıxarıb.
Bu, ermənilərin öz havadarlarının dəstəyi ilə saxta tarix yaratmaq cəhdinin növbəti dəfə iflasa uğramasıdır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info