Akif Əlizadə: “Metsamorla bağlı problemin həllinin vaxtı çatıb”
Tarix: 30.09.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


"Regionda yerləşən Metsamor Atom Elektrik Stansiyasının yarasız halda olması bizi narahat edir. Mətbuatda kifayət qədər siyasətçilərin, mütəxəssislərin çıxışlarında bu problemə yer ayrılır. Ona görə də düşünürük ki, Metsamorla bağlı mövcud problemin həllinin vaxtı çatıb". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində keçirilən "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. A. Əlizadə deyib ki, 20 il öncə BMT-nin Baş Assambleyasının 50-ci sessiyasında qəbul edilən nüvə sınaqlarının qadağan edilməsinə dair qərarın icrasına ehtiyac var. A.Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumunda bir çox tanınmış siyasətçilər, mütəxəssislər, alimlər, jurnalistlər iştirak edir. Forum çərçivəsində nüvə texnologiyaları, alternativ enerji mənbələri, radiasiya, biotexnologiya məsələləri geniş müzakirə olunmalı, qarşılıqlı fikir mübadiləsi aparılmalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edilib - VİDEO
07.04.2020
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07.04.2020
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır
07.04.2020
Azərbaycan Ordusunun növbəti sülhməramlı qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb
06.04.2020
Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info