“Almaniyada diasporumuzun bütün qurumları ilə birgə fəaliyyət göstəririk”
Tarix: 30.09.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
İsmayıl Əmikişiyev:
“Məqsədimiz Almaniyada Azərbaycan diasporunun formalaşmasına və daha sıx inteqrasiyasına töhfə verməkdir”

Almaniya milli diasporun aktiv olduğu ölkələrdəndir. Bu ölkədəki diaspor nümayəndələrimiz Azərbaycanın təbliği üçün saysız layihələr həyata keçirirlər. Azərbaycan Alman Həmrəylik Cəmiyyəti (ADS) də bu istiqamətdə gördüyü işlərlə diaspor təşkilatı kimi özünü təsdiqləyib. Cəmiyyətin sədri İsmayıl Əmikişiyev öz müsahibəsində gördükləri işlərin bir qismi haqqında danışıb. Qeyd edək ki, İsmayıl Əmikişiyev1962-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Sofulu kəndində anadan olub.1982 - 1987-ci illərdə Azərbaycan İnsaat Mühəndisləri İnstitutunun Mülki tikinti və sənaye fakültəsində təhsil alıb. 1987 - 1993- cü illərdə Bakı Baş tikinti İdarəsində mühəndis vəzifəsində çalışıb.1993 -1994-cü illərdə Ukraynanın Sumy şəhərində çalışıb.1994- cü ildən Almaniya Federativ Respublikasının Berlin şəhərində yaşayır və müstəqil iş fəaliyyətinə başlayıb.
- ADS-in əsas fəaliyyət istiqaməti nədən ibarətdir?
-Rəhbəri olduğum Azərbaycan Alman Həmrəylik Cəmiyyətinin (ADS) 2008-ci ilin yanvar ayında təsis iclası keçirilib. 2008-ci ilin may ayında Cəmiyyətimiz Berlin şəhər məhkəməsində rəsmi qeydiyyatdan keçib. Qeyd edim ki, ADS Azərbaycan Respublikasından olan həmvətənlərimizin bir araya gələrək Berlində təsis etdikləri ilk milli diaspor təşkilatıdır. Təbii ki, bizə qədər də çoxsaylı təşkilatlar yaranıb və fəaliyyət göstərib. Cəmiyyətə üzv olmaq, ora gəlmək və tədbirlərə qatılmaq üçün şərt olmayıb.
Cəmiyyətin məqsədi Almaniya və Azərbaycan arasında münasibətlərin inkişafına, Almaniyada Azərbaycan diasporunun formalaşmasına və daha sıx inteqrasiyasına nizamnaməmiz çərçivəsində töhfə verməkdir. Eyni əhəmiyyətli digər bir vəzifəmiz vətənimiz Azərbaycan Respublikasında hüquqi dövlətçiliyin inkişafına qeyri-hökumət təşkilatı kimi dəstək verməkdir.
-Almaniyadakı digər diaspor təşkilatları ilə əlaqələriniz varmı?
-Təşkilatımız, əsasən, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə əməkdaşlıq edir. Ümumiyyətlə, Almaniyada Azərbaycan səfirliyinin səyi ilə diasporumuzun bütün qurumları ilə birgə fəaliyətimiz hər zaman mövcuddur. Xüsusilə xalqımızın tarixində daxil olmuş bayram və faciəvi günlərlə bağlı müxtəlif tədbirlərin həmtəşkilatçısı olaraq çıxış etmişik. Xocalı faciəsi ilə bağlı Berlində keçirilən etiraz mitinqinin davamlı iştirakçısı olmuşuq. Bu mitinq əvvəllər Ermənistanın Almaniyadakı səfirliyi qarşısında təşkil edilirdi. Amma səfirlik Berlinin mərkəzindən uzaq və adi yaşayış məhəlləsində yerləşməsi səbəbindən mitinqin şəhərin mərkəzi meydanlarında təşkil edilməsinə qərar verdi.
-Almaniyada Azərbaycanla bağlı hansı ilklərə imza atıbsız?
-Cəmiyyətimiz ənənəvi olaraq çoxlu sayda tədbirlərin təşkilatçısı olub. Cəmiyyətimizdə Almaniyada rəsmi səfərdə olan Azərbaycan dövlət nümayəndələri ilə görüşlər keçirilib. Almanyadakı Azərbaycan səfirliyi ilə birlikdə çoxsayılı tədbirlər təşkil edirik. Cəmiyyətimizin Azərbaycan dillində kitabxanası mövcuddur. Milli bayram və rəsmi tədbirlər keçirilir. Yeni nəsil - uşaqlar üçün həftədə bir gün ana dillində dərslər keçirilir.
-Cəmiyyətinizin kitabxanasının soydaşlarımzın maariflənməsində nə kimi rolu var?
-Burada 3 mindən çox kitab var. Elə əsas məqsəd də Almaniyadakı həmyerlilərimizin bu kitabxana vasitəsilə maariflənməsidir. Burada Azərbaycan haqqında, eləcə də dünyəvi kitablar var. Kitabxanadan baqşa ökələrdə yaşayan həmyerlilərimiz də lazım olanda yararlanırlar. Eyni zamanda kitabxanadan istədikləri vaxt yerli əhali də istifadə edə bilər. Biz burada Azərbaycanla bağlı tədbirlər də keçiririk.
-Rəsmi dövlət qurumları ilə əlaqələriniz hansı səviyyədədir?
-Azərbaycanın Almaniyadakı səfirliyi ilə sıx əməkdaşlıq edirik. Səfirliyin konsulluq məsələlərinə məsul diplomatı ilə müntəzəm olaraq diaspor üzvlərimizin görüşü keçirilir və hüquqi yardıma ehtiyacı olan şəxslərə lazımi dəstək verilir, Almaniya və Azərbaycan qanunları çərçivəsində malik olduqları hüquq və öhdəliklər izah edilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info