“Gənclər xəbəri sosial mediadan alır”
Tarix: 01.10.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Beynəlxalq Humanitar Forumu çərçivəsində “AZƏRTAC”-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa”nın “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” adlı üçüncü paneli keçirilib.
Panelin moderatoru “AZƏRTAC”-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov olub. Paneldə çıxış edən Çilinin Andres Belo Universitetinin professoru Marcos Belmor Borkoski Paes dinlərarası dialoqun zəruri olduğunu söyləyib. Türkiyənin “Anadolu” agentliyinin informasiya kommunikasiyaları texnologiyaları şöbəsinin müdiri Yakup Şivka deyib ki, indi yaxşı jurnalist olmaq üçün yaxşı internet istifadəçisi olmaq lazımdır: “Jurnalistin günlərlə axtardığı xəbər sosial mediada bir anda ortaya çıxmaqdadır. Bu gün insanlar sosial media üzərindən qısa müddətdə kütləvi surətdə bir araya gələ bilir. Misir və Liviyada biz bunu gördük. Sosial mediada süzgəc yoxdur, hər cür xəbər var. Media sosial mediada obyektiv xəbər tapmalıdır. Media təsdiqlənməmiş xəbər yaymamalıdır. Araşdırmalar göstərir ki, gənc nəslin əksəriyyəti xəbəri sosial mediadan, yaşlı nəsil, əsasən, telekanallardan alır. Gələcəkdə internetin olmayacağı yer qalmayacaq. Bu, jurnalistikaya yeni imkanlar açdığı kimi, yeni təhdidlərə də yol açacaq”. ABŞ Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman sosial medianın yeni dialoq platforması yaratdığını vurğulayıb: “Bu da jurnalistikanın formatını dəyişir. Bu gün 18-20 yaşlı gənclər xəbəri sosial mediadan əldə edir. Ənənəvi media sosial medianın imkanlarından yararlanmağı, “rəqs etməyi” bacarmalıdır”. Özbəkistan “Darakçi” Nəşriyyat Evinin redaksiya heyətinin müavini Rüstəmcon Cabbarov informasiya əsrində yaşadığımızı, informasiyanın yayılma sürətinin artdığını bildirib: “Dünən biz informasiya arxasınca qaçırdıqsa, bu gün informasiyadan qaçmağa çalışırıq. Biz gəncləri sosial media şəbəkələrindən bir qədər aralamalı, intellektual inkişaflarına xüsusi diqqət yetirməli, düzgün və qeyri-düzgün məlumatları bir-birindən ayırmağa çağırmalıyıq”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info