General həbs edildi
Tarix: 05.10.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Konya Hərbi Hava Bazasında 21-i yüksək rütbəli zabit olmaqla, 56 nəfər saxlanılıb.
“Hürriyet” qəzetinin məlumatına görə, hərbi çevriliş cəhdindən sonra Konya Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan hərbçilərin Konya Hərbi Hava Bazasındakı otaqlarında axtarışlar davam edir. Saxlanılan şəxslər Türkiyənin Konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, silahlı üsyan, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilirlər. Əskişəhər vilayətində və daha bir neçə şəhərdə keçirilən əməliyyat tədbirləri zamanı isə əksəriyyəti Hərbi Hava Qüvvələrinin üzvü olan 33 nəfər saxlanılıb. Qeyd edək ki, Türkiyədə 15 iyulda hərbi çevriliş cəhdindən sonra Konya Hərbi Hava Bazasının komandiri general Haluk Şahar İstanbulda həbs edilib. General Haluk Şaharın hərbi çevriliş gecəsi bazada olan polkovnik Mustafa Ertürkə 4 “F16” qırıcı təyyarəsini hazır vəziyyətdə saxlaması barədə tapşırıq verdiyi üzə çıxıb. Konya Hərbi Hava Bazasında xüsusi təyinatlıların komandiri Yılmaz Bahar isə həmin gün hər biri 7 nəfərdən ibarət olmaqla, 3 dəstə ilə İstanbulda Hərbi Dəniz Qüvvələrinin komandanı və digər generalların olduğu Moda Dəniz Klubuna basqında iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info