Rusiya Kuba və Vyetnamda hərbi baza yaradacaq
Tarix: 07.10.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kuba və Vyetnamda hərbi baza yaratmaq planlarına münasibət bildirib. Peskov dünyada vəziyyətin dəyişdiyini xatırladıb. Moskvanın ölkə xaricində hərbi baza yaradılması ilə bağlı konkret planına gəldikdə isə Peskov bununla bağlı sualı Rusiya Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb.
O qeyd edib ki, son iki ildə beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dəyişikliklər baş verib: “Ona görə də, ölkələr öz maraqlarına uyğun olaraq bu dəyişiklikləri qiymətləndirir və vacib bildikləri istiqamətdə müəyyən tədbirlər görür”. Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov Dövlət Dumasında çıxışında Sovetlər İttifaqı dövründə hərbi bazalarının olduğu ölkələrdə mövcudluğunun bərpasını istisna etməyib. Ondan əvvəl isə müdafiə naziri Sergey Şoyqu Rusiyanın xaricdəki, xüsusilə də Tacikistan, Qırğızıstan və Ermənistandakı hərbi bazalarını inkişaf etdirmək niyyətində olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Stepan Petrosyan: “Ermənistanda hərbi sənaye sahəsində heç bir iş görülmür“
17.07.2018
Ermənistan indi də nicatı Avropada axtarır
17.07.2018
Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib
17.07.2018
Vergilər nazirinin müavini Tbilisidə regional forumda iştirak edir
17.07.2018
Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info