Moskvada müstəqilliyimizdən esse yazanlar mükafatlandırılıblar
Tarix: 10.10.2016 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Moskvada Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Müasir Azərbaycanın müstəqilliyində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə Rusiyada təhsil alan tələbələr, ziyalılar, diaspor fəalları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya Nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə qaliblər müəyyənləşib. ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, tədbirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyev irsini və onun Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini gənclərə, burada təhsil alan azərbaycanlılara aşılamaq, iki xalq arasındakı dostluğa töhfə verməkdir.
Sonra Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskayanın, Dövlət dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı məktubu oxunub. Onlar məktubda Ulu Öndərin Azərbaycan xalqı, dövləti üçün gördüyü əvəzsiz xidmətlərdən bəh ediblər.
Daha sonra Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, müsabiqənin münsifləri - Moskva Beynəlxalq Əlaqələr İnstitutunun müəllimi professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıçılar birliyinin üzvləri Afaq Şıxlı, Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini, Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerə Rusiyada təhsil alan, əslən azərbaycanlı Abdullayeva Aidə qalib gəlib. Qalibə ASGA tərəfindən ailəsi ilə birlikdə Azərbaycanı səyahət etmək üçün kupon verilib.
Məlumat üçün qeyd edək ki, ASGA artıq üç aydır QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 25” layihəsini həyata keçirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info