UNEC BVF-nin elektron kitabxanasına sərbəst çıxış imkanı əldə edə bilər
Tarix: 10.10.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru, professor Ədalət Muradov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun illik toplantısında iştirak edib. Ə.Muradov toplantıya hər iki təşkilatın birgə dəvəti ilə qatılıb. Xüsusi proqrama uyğun olaraq, Serbiya, Bosniya və Herseqovina, El-salvador, İordaniya, Anqola, Kot Divuar, Myanmar, İndoneziya, Kolumbiya və Azərbaycandan dəvət olunan akademik dairənin nümayəndələri BVF-nin icraçı direktoru K.Laqard və Dünya Bankı Qrupunun direktoru J.Kimin iştirakı ilə bir sıra müzakirələrə qatılıblar. BVF və DB-nin illik toplantısında Ümumdünya Ticarət Təşkilatının baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi artım tempinin azalması ilə bərabər, ticarətdə maneələr artıb, proteksionizm güclənıb. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə iqtisadi artım qeyri-barəbər bölünüb. O bildirib ki, ilin sonuna qədər imzalanacağı gözlənilən Ticarətə Yardım Sazişi inkişafda olan bir sıra ölkələrin ticarət xərclərini 15 faizə qədər azaldacaq. BVF-nin icraçı direktoru K.Laqard, BVF yaradıcılarından olan C.Keynsden “bir çox hallarda çağırış yeni ideyaların inkişafından daha çox köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir” sitatını misal gətirərək, əsas prioritet kimi “dəyişən BVF və dəyişən dünya”, müasir texnologiyaların vacibliyindən danışıb. Rəqəmsal əsrə doğru inkişafı, inklüziv iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı ön plana çəkib. J.Kim Dünya Bankının əsas məqsədinin dünyada mütləq yoxsulluğun aradan qaldırılması olduğunu vurğulayaraq, inklüziv, dayanıqlı və daha yüksək artım tempinin təmin edilməsi üçün daha böyük əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib. Eləcə də, infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib. Səfər çərçivəsində bir çox müzakirələrdə iştirak edən UNEC rektoru, BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçi ilə görüşüb. Görüşdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. Müzakirələr zamanı BVF-nin elektron kitabxanasına sərbəst çıxış imkanlarının yaradılması, BVF ilə UNEC-in birgə tədqiqatlar aparması, konfrans, seminar və dəyirmi masaların təşkili təklif edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info