Meksikalı gəncin Azərbaycan sevgisi
Tarix: 10.10.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
Annia Loch: “Bilirəm ki, azərbaycanlılar çay içməyi çox sevirlər, xüsusən də qəndlə. Mən də, həmçinin beləyəm”

Azərbaycanın gündən-günə inkişafı və dünyada tanınması, onu əcnəbilərə də sevdirib. Bir çox əcnəbilər var ki, onların Azərbaycana qarşı xüsusi rəğbəti var. Azərbaycanın xaricdəki belə əcnəbi dostlarından biri də meksikalı gənc xanım Annia Lochdur. 26 yaşlı bu gənc Meksikada ailəsi ilə birlikdə yaşayır. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının (AKGDA) rəhbəri, Diaspor Jurnalistləri Birliyinin Kipr təmsilçisi Rəşad Bədirlinin vasitəçiliyi və dəstəyi ilə onun müsahibəsini təqdim edirik.
-Sizin əsas maraqlarınız nədir?
-Burada yerli əhaliyə ispan və hind dillərinə məxsus fərqli dillərdə də danışır. Dillərə marağım böyükdür, xüsusilə də Azərbaycan dilinə. Meksikanın La Salle Universitetində Beynəlxalq əlaqələr fakültəsində təhsil almışam. Meksikada anam və bir böyük bacımla birlikdə yaşayıram. Heyvanlara sevgim böyük olduğundan evimizdə 4 it saxlayıram. Mən onlara çox öyrəşmişəm. Buna görə də həmişə “onlar da mənim ailə üzvlərimdir” deyirəm. İtlərimlə gəzintiyə çıxmağı sevirəm. Həmçinin idmanla da məşğul oluram. İlk öncə fitneslə məşğul olurdum, indi isə üzgüçülüklə məşğul oluram. İstəyirəm Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının (AKGDA) rəhbəri Rəşad Bədirliyə çox sağolumu bildirim ki, mənim düşüncələrimin ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək Azərbaycan mediasında paylaşılmasına köməklik etdi.
-Azərbaycan haqqında nə kimi məlumatınız var?
-Azərbaycan haqqında məlumatım genişdir. Orada yaşayan insanların mədəniyyətini, nələri sevdiklərini öyrənmişəm. Bakının Azərbaycanın paytaxtı olduğunu və Xəzər dənizi sahilində yerləşdiyini bilirəm. Həmçinin Xəzər dənizindən siz neft çıxarırsınız. Ölkənizin gəlirinin çox hissəsi neftə bağlıdır və öz neftinizi xarici ölkələrə də ixrac etdiyinizdən xəbərim var. Bilirəm ki, azərbaycanlılar çay içməyi çox sevirlər, xüsusən də qəndlə. Mən də həmçinin beləyəm. Çayla içməyə çoxlu növdə şirniyyatlarınızın olduğunu da bilirəm. Eşitmişəm ki, Azərbaycan mətbəxi çox zəngindir, yeməkləriniz dadlıdır. Xüsusən də dolma, kabab, balıq növləriniz və göyərtiylə olan dovğanız çox məhşurdur. Hələ sizin yeməklərinizi yemək mənə qismət olmayıb, amma bir gün dadacağam.
-Azərbaycan musiqilərinə marağınız varmı?
- Mənim, həqiqətən də, Azərbaycan musiqilərinə çox marağım var. Hətta sizin məşhur konservatoriyanızın da olduğunu bilirəm. Sizin milli rəqsləriniz və ənənəvi olan yerli fərqli rəqsləriniz hər zaman mənim maraq dairəmdə olub. Ümumiyyətlə, sevdiyim musiqilər arasında Azərbaycan musiqiləri də yer alır. Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısını sevirəm. Xüsusən də “Arşın mal alan” filminin musiqisinin heyranıyam. Rəşid Behbudov haqqında çox eşitmişəm, mahnılarına tez-tez qulaq asıram. Şövkət Ələkbərovanın da musiqiləri ürəyimcədir.
Sizin tarixiniz haqqında da azca məlumatım var. Bilirəm ki, Azərbaycan etnik köklü türkdür. Siz türklərin, tarixən torpaq əraziniz geniş olmuşdur. Azərbaycanın keçmişdə SSRİ tərkibində olduğunu və SSRİ dağıldıqdan sonra öz dövlətinizi bir daha qurduğunuzu araşdırmışam. Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu eşitmişəm. Ermənilərin işğal altında saxladığı və neçə illərdir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatım var. Meksikada Azərbaycan parkı da var. Parkın içərisində üzərində Azərbaycanın şəhərləri olan xəritə və qarşısında Heydər Əliyevin heykəli yer almaqdadır. O istiqamətə yolum düşdükdə mütləq o parka gedirəm.
-Meksikada Azərbaycan necə tanınır?
- Azərbaycan bizim ölkədə elə də çox tanınmır. Çox az adam Azərbaycan haqqında məlumata sahibdir. Çünki sizin burada diasporunuz, demək olar ki, yoxdur. Azərbaycan üçün iş görənlər çox azdır. Mən çox istəyirəm ki, Azərbaycanla Meksikanın əlaqələri güclənsin və inanıram ki, bu yazımı oxuyanlar burada təhsil almağı seçərlər ki, Azərbaycanı burada təmsil etsinlər. Burada azərbaycanlı tələbələr həddindən çox azdır. Onların çox olması vacibdir ki, diaspor kimi formalaşsınlar. Azərbaycanın burada səfirliyi fəaliyyət göstərir. Azərbaycanla bağlı stendlər açılır, ölkənizə aid şəkillər və ərzaqlarınız tanıdılır. Səfirlik bir çox tədbirlər və aksiyalar keçirir Azərbaycanın tanıdılması üçün. Amma bu, yetərli deyil.
-Sizin hər hansı azərbaycanlı dostunuz varmı?
-Mənim iki nəfər azərbaycanlı dostum var. Onlar çox mehriban və nəzakətli insanlardır. Mən onların simasında azərbaycanlıların necə insanlar olduqlarının şahidiyəm.
-Sizi Azərbaycana bağlayan və sevdirən nədir?
-Azərbaycanlıları çox sevirəm. Onlar ilk başda bir az çətin olsalar da, çox ürəyiyumşaq və nəzakətli insanlardır. İkinci, məni Azərbaycana cəlb edən şey maraqlı adətlərinizin olması və tarixinizdir. Azərbaycanın tarixi qalalarını çox araşdırmışam, demək olar ki, hamısını bilirəm. Əgər mən Azərbaycana gəlsəm ,ilk olaraq paytaxt Bakını gəzəcəm. Bakıdakı Xalça muzeyi diqqətimi çox çəkib. İkinci getmək istədiyim məkan Naxçıvandır. Daha sonra isə Qəbələ, Quba və digər şəhərlər.
-Azərbaycanla Meksikanın hansı oxşar cəhətləri var?
-Azərbaycan və Meksikanın bir neçə oxşar cəhətləri var. Azərbaycanda da bildiyim qədəri ilə böyük ailələr var ki, onlar bir-birlərilə bir evdə mehriban yaşayırlar. Həmçinin burada da elədir. Yeməklərimizin çox azı olsa da, bənzəyənləri də var. Həmçinin Azərbaycanda olduğu kimi, burada da insanlar gənc yaşlarında evlənməyə üstünlük verirlər. Meksika və Azərbaycan arasındakı ən önəmli oxşarlıq siz azərbaycanlılar Novruz bayramını qeyd edirsiniz. Meksikada da yazın gəlişi qeyd olunur, ənənəvi bayram kimi keçirilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
18.10.2017
“Həyat 50 yaşdan sonra başlayır”
18.10.2017
“Türkiyə pomidorunun Azərbaycandan Rusiyaya təkrar ixracı barədə deyilənlər həqiqətə uyğun deyil”
17.10.2017
“Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
17.10.2017
“Əli Kərimlinin ağlı yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7524

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 Bələdiyyə sədri Avropa Şurasının sessiyasında iştirak edir
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info