Yəhudi din xadiminin Xocalı soyqırımı haqqında kitabı nəşr olunub
Tarix: 11.10.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los-Anceles şəhərində yaşayan yəhudi din xadimi ravvin İsrael Barukun müəllifi olduğu, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətləri əks etdirən kitab bu günlərdə işıq üzü görüb. Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab “Xocalı: İnsanlığa qarşı cinayət” adlanır.
Geniş və təkzibolunmaz faktlara əsaslanan bu tədqiqat işi əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsinin yaxın tariximizdəki kökləri barədə məlumat verir, bu səpkidə ermənilərin öz separatçı niyyətlərini həyata keçirmək üçün 1980-ci illərin sonundan etibarən aşkar şəkildə nümayiş etdirdikləri bədxah əməllərə diqqət çəkir. Müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi əsassız torpaq iddiaları silahlı münaqişə mərhələsinə çatdıqdan sonra ermənilər öz məkrli planlarını reallaşdırmaq üçün terroçuluqdan xüsusi vasitə kimi istifadə edib, mülki azərbaycanlılar üzərində qorxu yaradaraq onları öz dədə-baba yurdlarından didərgin salmaq planlarını icra ediblər. Həmin illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif məkanlarda çoxsaylı qəddarlıqlar törədilsə də, Xocalı soyqırımı öz amansızlığı və kütləviliyi baxımından belə əməllərin zirvə nöqtəsini təşkil edib. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş vəhşilikləri II Dünya müharibəsində yəhudi xalqına qarşı nasistlərin həyata keçirdikləri soyqırımı ilə müqayisə edən İ.Baruk hər iki soyqırımı arasında bu baxımdan oxşarlıqların olduğunu vurğulayır.
Kitabın süjet xətti iki əsas istiqamət üzrə qurulub. Birinci istiqamət Xocalı soyqırımının canlı şahidlərinin - soyqırımı zamanı ermənilərə əsir düşmüş və əsirlikdən azad edildikdən sonra həyat mübarizəsi aparan azərbaycanlıların danışdıqları tükürpədici cinayət faktlarını əks etdirir. Bu səpkidə silahsız və müdafiəsiz mülki azərbaycanlılara, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş ağır işgəncələr və amansız qəddarlıqlar soyqırımı şahidlərinin öz dillərindən oxucuya çatdırılır.
Əsərin ikinci istiqaməti isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı mövcud vəziyyəti əks etdirir. Müəllif konkret mənbələrə istinad edərək müxtəlif ölkələrin, o cümlədən ABŞ-ın 21 ştatının, həmçinin çoxsaylı beynəlxalq təşkilatların və KİV-lərin bu qətliamın insanlığa qarşı törədilmiş cinayət olduğunu təsdiq edən sənədlər barədə oxucularla məlumat verir. Qeyd olunur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının dünyada tanınması ilə bağlı böyük işlər görüb.
“Xocalı: İnsanlığa qarşı cinayət” kitabı artıq amerikalı oxucuların ixtiyarına verilib. İctimai marağı nəzərə alan nəşriyyat bu əsərin tanınmış internet kitab mağazası olan “Amazon” vasitəsilə satışa çıxarıb ki, bu da dünyanın müxtəlif ölkələrindən mövzuya maraq duyan kitabsevərlərə əlavə imkan yaradıb. Kitabı bu linkdən sifariş etmək olar:https://amzn.com/1888205695.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
14.11.2019
Ərdoğandan ABŞ senatorlarına cavab: “Kürdlər başqa, terrorçular başqadır”
14.11.2019
Tramp Ərdoğanla uzun müddətdir yaxşı dostluq etdiyini deyib
13.11.2019
DEAŞ-a ağır zәrbәlәr endirilib, 14 terrorçu öldürülüb
13.11.2019
Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info