Yaponiya mətbuatı Ermənistanın təcavüzkar siyasətindən yazdı
Tarix: 11.10.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Yaponiyada ölkəmiz haqqında növbəti məqalə dərc olunub. Yaponiyanın JİJİ PRESS informasiya agentliyinin baş redaktoru Okuyama Masaşinin müəllifi olduğu məqalədə deyilir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmaq istəyirlər.
Agentliyin baş redaktoru sentyabrın 21-dən 30-dək Azərbaycanda səfərdə olub, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməklə yanaşı, ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.
Oktyabrın 10-da JİJİ PRESS-in yaydığı ilk məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə həsr olunub.
Bakıda və ətraf qəsəbələrdə müvəqqəti məskunlaşan həmin insanlarla görüşən O.Masaşi məqalədə onların hazırkı həyat tərzini əks etdirməklə yanaşı, artıq 25 ildən çoxdur davam edən münaqişə barədə də ətraflı məlumat verir. Bildirir ki, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Hələ də bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatını yaşamağa məcburdur. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması barədə dörd qətnaməsinə baxmayaraq, Ermənistan həmin torpaqları işğal altında saxlamaqda davam edir. Hazırda Bakının Yasamal rayonunda, tələbə yataqxanasında məskunlaşan keçmiş Zəngilan rayon sakini, 78 yaşlı Güldanə Kərimovanın sözlərini sitat gətirən müəllif yazır: “Mən öz evimdə ölmək istəyirəm”.
Cari ilin aprel döyüşləri barədə məlumat verən müəllif bildirir ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində 200 hektara yaxın ərazi, səkkiz yüksəklik düşməndən azad edilib. Bu, doğma yurd həsrəti çəkən insanların ata-baba torpaqlarına qayıtmaq ümidini daha da gücləndirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
14.11.2019
Ərdoğandan ABŞ senatorlarına cavab: “Kürdlər başqa, terrorçular başqadır”
14.11.2019
Tramp Ərdoğanla uzun müddətdir yaxşı dostluq etdiyini deyib
13.11.2019
DEAŞ-a ağır zәrbәlәr endirilib, 14 terrorçu öldürülüb
13.11.2019
Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info