Haçiyoci Beynəlxalq Əməkdaşlıq Festivalında ölkəmizin uğurlarından danışılıb
Tarix: 11.10.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən 25 ildə qazandığı uğurlardan danışılıb.
Festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori iştirakçıları salamlayıb. Bildirib ki, bu şəhərdə yaşayan Azərbaycan, Seneqal, ABŞ, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan, Pakistan, Qana və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənələrini, dilini öyrənmək, sıx qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.
“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən “Endo” kitabxanasının müdiri xanım Yoşiko Endoya təqdim edib.
Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxlaq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.
Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin azərbaycanlı Mirayın əks olunduğu “Yaman təəccübləndim” fotosu xüsusi mükafata layiq görülüb.
Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirib
28.11.2020
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
27.11.2020
İranın nüvə alimi öldürüldü
27.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
27.11.2020
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıblar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info