Gənc qadınlar üçün yeni imkanlar yaranır
Tarix: 11.10.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Keçmişə nəzər salsaq görərik ki, Azərbaycanda qadın fəallığı tarixən yüksək olub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qlobal addımlar atıldı və qadın hərəkatına dövlət tərəfindən qayğı xeyli dərəcədə artdı. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu gün Milli Məclisdə 125 millət vəkilindən 21-i qadındır. İldən-ilə qadın deputatların sayında artım müşahidə olunduğunu nəzərə alsaq, gələn seçkilərdə parlamentdə daha çox qadın deputatın olacağını indidən demək olar. Bütövlükdə, son illərdə vəzifədə və ictimai işlərdə işləyən qadınların xüsusi çəkisi xeyli artıb. Bələdiyyə sahəsində də eyni nəticəni görmək olar. Azərbaycanda qadınlar elmin inkişafında da mühüm rola malikdir. Belə ki, ölkəmizdə bütün elmi işçilərin 53,6 faizini qadınlar təşkil edir. Prezident İlham Əliyevin də dediyi kimi, qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər.
Qeyd edək ki, müasir demokratik quruculuğu formalaşdıran əsas göstəricilərdən biri də seçki sistemidir. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət institutlarının yaradılması demokratik seçki hüququ əsasında formalaşdırılıb. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Seçki hüququ müasir demokratik cəmiyyətin ən vacib dəyərlərindəndir. Məhz bu yolla xalq öz suveren hüquqlarını həyata keçirir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il 12 noyabr tarixində qəbul edilib. 1995-ci ildən sonra sosial, siyasi, ictimai inkişafda baş verən dəyişikliklərlə əlaqədar olaraq 2002-ci ildə və 2009-cu ildə Konstitusiyaya əlavə və dəyişiklikərin edilməsi bağlı iki dəfə referendum keçirilmişdi. Bununla belə, son illər ölkədə baş verən dəyişikliklərlə əlaqədar Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdı və nəticədə növbəti referendum keçirildi və xalq dəyişikliklərin tərəfdarı olduğunu öz səsi ilə təsdiqlədi.
Sonuncu referendum nəticəsində Konstitusiyaya bir neçə məsələ ilə əlaqədar əlavə və dəyişikliklər edildi. Mənim isə bir gənc kimi referendum zamanı diqqətimi çəkən əsas məqamlardan biri dövlətin gənclər siyasətinin daha da genişləndirilməsidir. Belə ki, Konstitusiyada yaş senzinin aradan qaldırılması ilə əlaqədar seçkidə iştirak etmək hüququ olan gənclərə, həm də seçilmək hüququ verilir. Aşağı yaş senzinin aradan qaldırılması ilə hər bir şəxsə öz imkanlarını göstərmək üçün şərait yaranır. Xüsusilə də, gənclərin dövlət işlərində və siyasi arenada fəaliyyəti üçün yeni imkan və fürsətlər ortaya çıxır. Referendum öz növbəsində gənc qadınlar üçün də yeni imkanlar yaradacaq. Yaş senzinin götürülməsi daha gənc qadın kadrların yetişməsinə imkan yaradacaq ki, bu da dövlətin gənclər siyasətinin əsasını təşkil edir. Beləliklə, ölkənin ictimai-siyasi həyatında qadınların artan rolunu və qadın hüquqlarının həyata keçirilməsinin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu nəzərə alsaq, bu dəyişikliyin önəmi daha da artır. İnanırıq ki, yaxın gələcəkdə daha çox gənc qadınlarımızı idarəetmənin müxtəlif sahələrində görə biləcəyik.
Aysel İbrahimova
ADPU Türk araşdırmalar ETL-də böyuk laborant




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur
27.05.2020
Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir
27.05.2020
Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27.05.2020
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur
27.05.2020
Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
3 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
4 Energetika nazirinə yeni müavin təyin olunub
5 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info