Vergi orqanlarına daxil olmuş şikayətlərin sayı azalıb
Tarix: 11.10.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Bu ilin 9 ayı ərzində vergi orqanlarına 67 255 müraciət daxil olub ki bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azdır.
 
Vergilər Nazirliyindən verilən məlumata görə, müraciətlərdən 96,3%-i ərizə, 3,5%-i şikayət, 0,2%-i təklifdir.
 
Müraciətlərin 47,1%-i müxtəlif arayışların alınması, 23%-i kameral vergi yoxlamaları, 7,5%-i vergi borcları, 2,1%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergi qanunvericiliyinin tətbiqi, 1,4%-i ƏDV, 0,9%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,8%-i qəbulla bağlı, 0,5%-i vergi cinayətləri ilə bağlı, 0,5%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 0,2 %-i operativ vergi nəzarət tədbirləri ilə bağlı, 11,7 %-i digər məsələlərlə bağlı olub.
 
Bütün müraciətlərə vaxtında baxılıb, onların 73,3%-i müsbət həll olunub.
 
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azalıb.
 
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 3128 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevral ayının 25-də Oğuz, aprel ayının 29-da Neftçala, may ayının 20-də Yardımlı, iyun ayının 17-də Qusar, sentyabr ayının 23-də isə Füzuli şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 152 nəfər vətəndaş qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info