“SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub”
Tarix: 11.10.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə əsas məqsəd enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin qarşıda duran əsas hədəflərdən biri olduğunu vurğulamaqdır. “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən konqresdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də çıxış edib. O, bildirib ki, beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır.
SOCAR-ın sadəcə neft və qaz layihələri ilə kifayətlənmədiyini qeyd edən R.Abdullayev şirkətin təmiz enerji alternativləri üzərində çalışdığını, bu istiqamətdə külək enerjisi stansiyası layihəsinin, eyni zamanda nəqletmə və logistika sahəsində də bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edib. O, bildirib ki, artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkədə ən böyük xarici investor olmasını təmin edib.
İnvestisiya zəncirinin ən önəmli halqasının təməli 2011-ci il oktyabrın 25-də qoyulan “Star” neft emalı zavodu layihəsinin olduğu vurğulanıb. Eyni zamanda “Cənub Qaz Dəhlizi” çərçivəsində TANAP, TAP, “Şahdəniz” layihələrinin qarşıdakı onilliklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcəyi qeyd olunub.
SOCAR-ın prezidenti ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” devizində olduğu kimi Azərbaycan-Türkiyə qardaşlığının bir rəmzi kimi tarixə həkk olunacaq bu investisiyaların bir qürur qaynağı olduğunu deyib. R.Abdullayev çıxışının sonunda korporativ idarəetmə, texnoloji inkişaf, innovasiyaları daim təqib etmə və onların yaratdığı fürsətlərdən istifadə və bunlara uyğunlaşmağın enerji şirkətləri üçün mühüm olduğunu vurğulayıb.
Konqres işini oktyabrın 13-də yekunlaşdıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info