“Özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
Tarix: 12.10.2016 | Saat: 11:28:00 | E-mail | Çapa göndər
Adıgözəl Məmmədov: “Tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır”

Ölkəmizdə demokratik islahatların aparılması yeni düşüncə və mədəniyyətlərin də formalaşmasına ehtiyacın olduğunu ortaya çıxarır. Bunlardan biri kimi sığorta sistemini göstərmək olar. Əlbəttə ki, ən vacib sığorta insan həyatının sığortalanmasıdır. Bunun üçün isə tərəflərin-həm cəmiyyətin, həm xəstəxanaların, həm də sığorta şirkətlərinin münasibətləri sivil formada qurulmalıdır və bu sahədə məlumatlılıq səviyyəsi artırılmadır. Bu və digər məsələlərlə bağlı ictimai-siyasi xadim, araşdırmaçı-yazar, həkim, Prezident mükafatçısı Adıgözəl Məmmədovla müsahibəni təqdim edirik.
- İcbari tibbi sığortanın tətbiqini zəruri edən nədir?
-Sevindirici hal budur ki, son zamanlar dövlətimizin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar siyasəti artıq öz bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ölkə iqtisadiyyatının əsas hissəsi qeyri-neft sektorunun üzərinə düşməlidir”. Bu baxımdan da səhiyyə sahəsindəki islahatlar və əhaliyə tibbi xidmətin inkişaf etmiş ölkələrdəki kimi yüksək səviyyəyə qaldırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Ona görə də yuxarıda qeyd edilən yüksək səviyyənin təmin edilməsi üçün səhiyyə sahəmizdə davamlı islahatlara və tibb müəssisələrin idarə edilməsində yeni metodların hazırlanmasına da ciddi ehtiyac var. Bu istiqamətlərdə müəyyən addımlar da atılıb. Belə ki, 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta” haqqında qanun qəbul edilib. 2007-ci ildə isə bu qanuna əlavə və dəyişikliklər edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2014-cü il tarixində “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qərarı əsasında 16 fevral 2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılıb. Bu agentliyin maliyyə mənbəyi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin maliyyə vəsaiti icbari tibbi sığorta haqları büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr hesabına formalaşır. Bu agentliyin əsas vəzifələrindən biri icbari tibbi sığorta olunanlara icbari tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlayıb, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün strategiyalar həyata keçirməkdir. Eyni zamanda da tibb müəssisəsinin və ya tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün agentlik məhkəməyə müraciət edir. Belə ki, sığorta olunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətlərinin monitorinqini həyata keçirir.
- Hazırda bu sistemin tətbiqi üçün son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar buna imkan verirmi?
-Əlbəttə. Son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar buna tam imkan verir. Demək olar ki, respublikamızın regionlarında bütün tələblərə cavab verən müalicə diaqnostika mərkəzləri və xəstəxanaları istifadəyə verilib. Yeni tikilən bu tibb müəssisələri ən son model tibbi avadanlıqlarla təmin edilib. Eyni zamanda ölkədə kifayət qədər peşəkar kadr potensialı da vardır. Azərbaycan Dövlət Tibb Universitetinin təhsil sistemi dünyanın inkişaf etmiş bir çox ölkələrinin tibbi təhsil ocaqlarının tədris səviyyəsi ilə eynidir.
Bu gün Azərbaycanda bir çox insanlar həkimə getməkdən çəkinirlər. Fikirləşirlər ki, yaranan xərcləri necə ödəyəcəklər. Buna görə onlar yalnız vəziyyətləri tam ağırlaşanda həkimə müraciət edirlər. Yalnız Azərbaycan tibbi sığorta şirkətlərinin zəif olması, hələ də bu və ya digər formada yuxarıda qeyd etdiyimiz səviyyənin əldə olunması baxımından müəyyən maneələr yaradır. Əsas problem fərdin tibbi sığorta bazasının hansı şəkildə formalaşa bilməsindən asılıdır. Yəni istənilən şəxsin sığorta paketinin ödənilməsi və ya maliyyə mənbəyinin tapılması müəyyən yeni strategiyaların yaranmasına ehtiyac yaradır.
-Bəs bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?
-Sovet səhiyyə sistemindən qalma tibb müəssisələrinin bazasında yenidən strukturlaşdırılma aparmaq olar. Yəni yeni idarəedilmə mexanizmlərində müstəqil maliyyə fəaliyyətlərini formalaşdıra biləcək hüquqi şəxs statusunda yeni müəssisələrin yaranması mümkündür. Payçı mülkiyyətlərə “Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri” haqqındakı qanuna uyğun olaraq müasir tələblərə cavab verən tibb müəssisələri təsis etmək olar. Tibb müəssisələrinin təsisində və ya yenidən strukturlaşdırılmasında idarəedilmə paketi mənsub olduğu profil təşkilatlarına aid ola bilər.
Bundan başqa, tibb müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi üçün və həmçinin tibbi xidmətin səviyyəsinin yüksəldilməsi baxımından kənardan “intervent invenstisiya” cəlb oluna bilər. “İntervent invenstisiya” tibb müəssisəsinin səhmlərini əldə etməklə və ya müəyyən dövr həcmində gəlir fondundan pay almaqla iştirak edə bilər. Bu qarşılıqlı razılaşmalar nəticəsində idarəetmə paketinə malik olan tərəflə intergent subyekti arasında həll edilir.
Tibb müəssisəsi əgər müstəqil hüquqi şəxsdirsə və ya payçı səhmdar cəmiyyətdirsə, idarəetmə paketini əlində saxlayan tərəf və ya tərəflər maddi-texniki bazanın təkmilləşdirilməsi, əhaliyə tibbi xidmətin səmərəliliyinin artırılması baxımından lizinqlər şəklində banklarla əməkdaşlıq edə bilər. Bank orada payçı tərəf kimi və ya gəlir fondundan müddətli emisiyalar əldə etməkdir.
Tibb müəssisələri Azərbaycan qanunları çərçivəsində beynəlxalq strukturlardan və ya beynəlxaq maliyyə mərkəzləri tərəfindən subsidiv invenstisiyalar əldə edə bilər və bu istiqamətdə qarşılıqlı xidmət göstərə bilər.
-Müstəqil hüquqi statusa malik və ya payçı səhmdarlardan təsis olunmuş tibb müəssisələrinin fəaliyyət prinsipi və maliyyə mənbəyi necə formalaşır?
-Tibb müəssisələri sığorta şirkətləri ilə qarşılıqlı anlaşmalardan irəli gələn xəstələrin müayinə və müalicəsindən irəli gələn sığorta ödəmələri ilə formalaşır. Həmçinin könüllü sığorta haqları və ya depozit tibbi sığorta ilə formalaşır. (Hər bir şəxs özünü və ailə üzvlərini müstəqil qaydada sığortalaya bilər.) Ənənəvi tibbi sığortada şirkət hər əməkdaşına görə müəyyən məbləğ ödəyə bilsə (sığorta haqqı), onun müqavilində müəyyən çərçivədə tibbi xidmətlər alar (sığorta məbləği). Depozit tibbi sığortada isə heç bir limit yoxdur, çünki bütün tibbi xərclər müraciətçinin öz hesabından ödənilir. Yalnız bundan sığorta şirkəti müəyyən faizlərini götürür. Depozit tibbi sığortanın əsas üstünlüyü isə həyata keçirilən müalicəyə xidmət etməsidir. Sığorta şirkəti imkan vermir ki, həkim xəstəni lüzumsuz xidmətlərə yönəltsin və şəxsi mənafelərinə görə ucuz dərmanlar əvəzinə, analoji, amma qat-qat baha olan dərmanların təyinatının qarşısını alır.
Tibb müəssisəsi payçı təşkilatlar qarşısında öhdəliklər götürərək həmin təşkilatın əməkdaşlarını gəlir fondundan ayırmalar edərək təmənnasız olaraq müayinə və müalicə edə bilər. Tibb müəssisələri öz səhmlərini istiqraz vərəqələrinə çevirərək maliyyə mənbəyinin formalaşmasında iştirak edən və bu istiqrazları əldə edən hüquqi və fiziki şəxslərə müəyyən dövr ərzində təmənnasız xidmət edə bilər.
Tibb müəssisələri sosial cəhətdən müdafiə olunan təbəqəyə xidmət etmək müqavilində idarə və təşkilatlarda çalışan işçilərin məvacib fondundan icbari sığorta təşkilatlarına ayrılan maliyyəni əldə etmək üçün müqavilələr bağlaya bilər.
Həmçinin tibb müəssisələri əhalinin işləməyən təbəqəsinə xidməti üçün sosial müdafiə fondları ilə birbaşa müqavilə bağlamaq imkanına malik olur və ya bu xidmət icbari tibbi sığorta şirkətləri vasitəsilə də həyata keçirilə bilər. (İstər dövlət, istərsə də özəl.)
-Bütün bunların səhiyyəmizin daha da inkişafına nə kimi köməyi ola bilər?
-Bütün bunlar Azərbaycan səhiyyəsində həm özəl, həm də dövlət sektorunun inkişafını təmin edəcək. Bu cür sistemin tətbiqi, eyni zamanda da tibbi personalın əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki, sağlam rəqabətə tab gətirmək üçün yüksək klassifikasiyalı mütəxəssisləri cəlb etsinlər. Həmçinin marketoloji xidmət göstərib ən müasir avadanlıqlarla təmin edərək yüksək gəlir əldə etməyi düşünəcəklər. Bu komponentləri özündə birləşdirən tibb müəssisəsi səviyyəli xidmət göstərərək daha çox yüksək gəlir əldə edərək tibbi personalına yüksək əməkhaqları verəcək. Əks təqdirdə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə pasiyentlərin gəlişi azalacaq və sığorta şirkətləri onlardan üz döndərəcək. Burada bir neçə məqamı, xüsusilə vurğulamaq istəyirəm. Tibbi sığorta bazarında monopoliyanın qarşısını almaq üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var. İkinci isə tibb müəssisələrinə müstəsna hüquqlar verilməlidir ki, öz marketinqini bu və ya digər formada həyata keçirə bilsin, çünki məhdud bazarlarda rəqabət çox olduğundan, bəzən merkantin maraqlar işin içinə girir, çünki icbari tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilirlər. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malikdir.
Vəziyyətdən çıxış yolu kimi tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır. Ola bilər ki, mövcud qanunlar çərçivəsində öz tibbi xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirə bilər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
22.06.2017
“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
20.06.2017
“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
19.06.2017
“Ruhuma daha yaxını müəllimlikdir”
16.06.2017
“Peşəkarlıq yaşa baxmır”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6769

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Özünüzə yaxşı müəllim seçin”
4 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info