Nazir: “Bu il gələn turistlərin sayı 11 faiz artıb”
Tarix: 12.10.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunda “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə iştirak edən  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur rəhbərləri, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov,  turizmlə bağlı ayrı-ayrı  nazirlik və digər dövlət qurumlarının, rayonların icra hakimiyyətlərinin nümayəndələri, habelə bölgədəki turizm obyektlərinin sahibləri ilk öncə şəhərin  mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev  diqqəti Prezident İlham Əliyevin  cari ilin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrə yönəldib. Nazir ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını diqqətə çatdırıb. Vurğulanıb ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır. Nazir diqqəti  bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən turistlərin sayının 11 faiz artdığına cəlb edərək, viza verilməsinin sadələşdirilməsinin bu sahədə əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisini əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc  istiqaməti üzrə “Qırxotaq Əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə “Azərbaycanda Arxeolojı Turizm” mədəni turizm marşrutları yaradılıb.
Müşavirədə mədəniyyət və turizm nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf  perspektivləri barədə geniş məlumat verib,  habelə keçirilən monitorinqin nəticələrini açıqlayıb. Vurğulanıb ki, bölgə tarixi ipək yolu marşrutunun üzərində yerləşir. Habelə, buradan region üzrə Gürcüstan və Rusiya ilə inteqrasiya olunan “Şərab yolu” və “Düma Qafqazda” beynəlxalq turizm marşrutları da keçir.
Natiq bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliğ olunması, yerli turizm məhsullarının və marşrutlarının turistlərə təqdim edilməsi, habelə bu sahədə xidmətlərin göstərməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi  tərəfindən Şamaxıda  (2007-ci il), Şəkidə (2008-ci il),  Zaqatalada (2009-cu il), İsmayıll və Qəbələdə (2015-ci il) turizm informasiya mərkəzləri yaradılıb.
Müşavirədə çıxışlar olub. Çıxışlarda ölkə başçısının turizmin inkişafı ilə əlaqədar son qərarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər  geniş müzakirə olunub,  qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.  
Müşavirədə, habelə bölgədə turizmin inkişaf istiqamətləri barədə ətraflı danışılıb, mövcud problemlərə dair geniş müzakirələr aparılıb. Habelə, çıxış edən sahibkarların turizmlə bağlı  təklifləri qeydiyyata götürülüb. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info