28 min əhalinin yaşadığı məntəqələri birləşdirən yol tikilib
Tarix: 12.10.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı tikinti işləri yekunlaşıb.
 
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, avtomobil yolunda xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişi xeyli çətinləşirdi, rayon mərkəzinə sərnişin və yük daşımasında problemlər yaşanırdı. Artıq bu problemlər köklü şəkildə aradan qaldırılıb.
 
Uzunluğu 32,5 km olan Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, yol yatağının eni 12 metr təşkil edir.
 
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qum-çınqıl və  optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının və 20 yerdə su keçidlərinin, həmçinin su borularının tikintisi işləri aparılıb. Yuxarıda sadalanan işlərə paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 230 min kvadratmetr ərazi asfaltlanıb.
 
Sözügedən avtomobil yolu rayonun 13 yaşayış məntəqəsindən keçir. Hazırda yol boyu çiyinlərin bərkidilməsi işləri aparılır. Yolun zəruri olan yerlərində yol nişanlarının quraşdırılması və xətlənməsi işlərinin də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info