Nazir: “2020-ci ildə Azərbaycan təbii qazının TAP kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq”
Tarix: 13.10.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə İtaliyanın “Tenaris Global  Services” şirkətinin icraçı direktoru Paolo Rocca arasında görüş keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, “Tenaris Global Services”in energetika sektoru və digər sənaye xidmətlərində polad boruların istehsalında və təchizatında dünyanın aparıcı şirkətlərindən biri olduğunu deyən Paolo Rocca 21.700 işçiyə malik şirkətin 2015-ci ildə büdcəsinin 7,1 mlrd. ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, “Tenaris Global Services” şirkəti istehsalat, tədqiqat laboratoriyası, hazırlanmış məhsula son şəkil vermək və xidmət mərkəzlərindən ibarət şəbəkəyə malik olmaqla  Amerika qitəsi, Avropa, Orta Şərq , Asiya və Afrikada sənaye sahəsi üzrə fəaliyyət göstərir. Ən iri neft-qaz bazarlarında birbaşa iştiraka malikdir. Tərəfdaşları arasında dünyanın aparıcı neft şirkətlərinin yer aldığı “Tenaris Global Services” Azərbaycanla İtaliya arasında mövcud enerji əməkdaşlığının  və həyata keçirilən enerji layihələrinin yaratdığı imkanlardan bəhrələnərək, öz xidmətlərini təklif etməkdə maraqlıdır.
Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələrin mövcud olduğunu  xatırladan N. Əliyev enerji sahəsində əməkdaşlığın gələcək inkişaf üçün müsbət perspektivlər müəyyənləşdirdiyini deyib. Nazir İtaliyanın “Eni”, “ACİP”, “LUKACİP”, “Saipem”, “Maire Tecnimont”, “Amec Foster Wheeler”, “Edison” kimi onlarla şirkəti ilə neft-qaz, emal və neft-kimya sənayesində uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. “Tenaris Global Services” in də öz imkanlarını dəyərləndirmək üçün doğru zaman seçdiyini bildirib. Nazir ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə də məlumat verərək, ölkədə investisiya üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb.
İtaliyalı qonaq TAP-ın icra vəziyyəti ilə də maraqlanıb. N. Əliyev neftin qiymətinin kəskin aşağı düşməsi prosesinin davam etməsinə baxmayaraq, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ləngimələrə yol verilmədiyini deyib. Bildirib ki, 2020-ci ildə Azərbaycan təbii qazının TAP kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq. İtaliya hökuməti səviyyəsində TAP-a dəstək verildiyini qeyd edən nazir vurğulayıb ki, layihənin vaxtında reallaşması bütün tərəflər üçün eyni dərəcədə vacibdir: “İmzalanan müqavilələrin şərtlərinə əsasən, öhdəlikləri yerinə yetirməyən tərəf cərimələnəcək. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca mühüm əhəmiyyət daşıyır”.
Sonra  DESFA-nın özəlləşdirilməsi və SOCAR-SNAM əməkdaşlığı barədə də müzakirələr aparılıb. 

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info