“İslahatlar ölkədə pedaqoji fəaliyyətə marağı artırıb”
Tarix: 13.10.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Hələ vaxtilə Adam Smit yüksək təhsilli adamı bahalı avtomobillə müqaisə etməyi təklif etmişdi. Bunun əbəs bir müqaisə olmadığı müasir dövrümüzdə də hər kəsə tam aydındır. Ona görə də təhsilə yatırılan kapital ən səmərəli kapital hesab olunur. Dövlət təhsilin səmərəliliyini onun iqtisadiyyatın səmərəliliyinə təsiri ilə müəyyənləşdirir. Bu təhsilin səmərəliliyini müəyyən edən ən başlıca meyardır. Təhsilin yüksək səviyyədə təşkil edildiyi ölkələrdə bir qayda olaraq iqtisadiyyat da yüksək səviyyədə inkişaf edib. Məsələn, ABŞ, İngiltərə, Yaponiya, Almaniya və başqa ölkələrdə belədir. Son onilliklər ərzində təhsilin təşkilində ciddi dönüş edə bilmiş bir çox ölkələr də bu yolla iqtisadiyyatda çox böyük uğurlara imza ata biliblər. Buna ilk növbədə cənubi-şərqi Asiya ölkələrinin bəzilərini misal göstərmək olar.
Bu gün aparılan iqtisadi islahatların gələcəkdə daha yüksək nəticələr verməsinin təminatçısının məhz keyfiyyətli təhsil ola biləcəyini nəzərə alan Azərbaycan hökuməti, təhsil sistemində fundamental islahatların aparılmasına rəvac verib. Son üç ildə təhsildə ciddi keyfiyyət dəyişikliyi yönündə inqilabi addımlar atılır desək, heç də yanılmarıq. Həm təhsil və həm də iqtisadiyyatla bağlı bir mütəxəssis kimi deyə bilərəm ki, biz təhsil sistemimizdə bu gün aparılan və əsasını keyfiyyət dəyişiklikləri təşkil edən islahatları postneft dövrünün sürətli iqtisadi islahatları ilə müqaisə edə bilərik. Faktlarla danışsaq daha yaxşı olar. Son on ildə ölkəmizdə mövcud olan 5000 məktəbdən 3000-i yenidən tikilib və ya tam əsaslı bərpa olunub. İqtisadi böhrana və onun yaratdığı maliyyə çətinliklərinə baxmayaraq, cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib. Bu ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənməyə başlanıb.
Keyfiyyətli təhsilin başlanğıcı məktəbəhazırlıq müəssisələrində qoyulr. Bunu nəzərə alan Təhsil Nazirliyi 2014-cü ildən pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyətini bu ildən ümummilli proqrama çevirib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Təhsildə islahatların başqa islahatlardan başlıca fərqi bundan ibarətdir ki, burada keyfiyyət dəyişikliklərini hədəfləmiş islahatlardan dərhal maksimum nəticələr əldə etmək real deyil. Bu adi bir istehsal müəssisəsi deyil ki, onu bir ilə tikib başa çatdırasan və tikinti başa çatan kimi, müəssisəni tam gücü ilə işlədib maksimum səviyyədə keyfiyyətli məhsul istehsal edəsən. Təhsildə islahatların, xüsusilə də keyfiyyət dəyişiklikləri ilə müşayət olunan islahatların zamana ehtiyacı var. Bu gün təhsil sistemində aparılan islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Yenə də faktlara müraciət edək. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 17% artaraq, 2016-cı ildə 67 %-ə yüksəlmişdi. Bu nəticələr özünü cari ilin qəbul imtahanlarında aşkar şəkildə göstərə bilmişdi. Konkret olaraq, bu il 200-dən çox bal toplayan abituriyentlərin sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb. Təhsilimizdə islahatların sürətindən qane olmayanlara bu rəqəmlər nəsə deyirmi?
Yaranmış iqtisadi çətinliklərə baxmayaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi növbəti ildə 26 rayonu əhatə etməklə davam etdiriləcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 000 nəfərə çatdırılacaqdır. Aparılan islahatlar son illər ölkədə pedaqoji fəaliyyətə marağı kifayət qədər artırıb. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor vəzifəyə bu yolla təyin olunub.
Təhsildəki islahatlara ən yüksək səviyyədə olan diqqət tədqirə layiqdir. Ölkə başçısının müvafiq sərəncamları ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaradılması, təhsil sistemində aparılan islahatların davamıdır və bu islahatlar yaxın gələcəkdə ölkə iqtisadiyyatının yüksək səmərəli nəticələr əldə etməsində öz sözünü əsaslı şəkildə deyə biləcək.
Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info