Musa Qasımlı: “Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür”
Tarix: 13.10.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
İnstitutdan bildiriblər ki, tədbiri açan bu elm müəssisəsinin direktoru, professor, Milli Məclisin direktoru Musa Qasımlı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi hadisə olduğunu deyib, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.
Azərbaycanın dövlətçilik tarixinin son 25 illik dövrünə ekskursiya edən M.Qasımlı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi inkişaf səviyyəsinə görə güclü dövlət hesab edilən Azərbaycanın payına düşür.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov və digərləri çıxış edərək ölkəmizdə ötən 25 ildə əldə edilən nailiyyətlərdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info