Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb
Tarix: 14.10.2016 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun uzunluğu 8 kilometrdir.
Sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində xüsusən payız-qış mövsümündə problemlər yaradırdı.
Artıq cari ildən etibarən bu kimi problemlər yolboyu yaşayan sakinləri narahat etməyəcək. Çünki Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.
Yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Tikinti layihəsi çərçivəsində 42 santimetr qalınlığında və 41,7 min kubmetr həcmdə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra 2 qat olmaqla ( 7+5 santimetr ) yolun 48 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 460 metr təşkil edir.
Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, 4,1 min kvadratmetrə yolcizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 1 yerdə avtobus dayanacağı tikilib.
Qeyd edək ki, Qazax-Kosalar avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib.
Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info