“Udmurtda ulu öndər Heydər Əliyev və Müslüm Maqomayevin adına park açacağıq”
Tarix: 14.10.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər
Yaşa Paşayev: “Əsas vəzifəmiz Udmurtda Azərbaycanın təbliğatını aparmaqdır”

Müsahibimiz Yaşa Paşayev 1971-ci il mayın 2-də Goranboy rayonunun Xoylu kəndində andan olub. 1977-ci ildə kənd məktəbində orta təhsil almağa başlayıb. 8-ci sinifdən sonra orta təhsilini Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. 1987-ci ildə orta məktəbi bitirib Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zoo-mühəndislik fakültəsinə daxil olub. Ali məktəb illərində Y.Paşayev idmanla da ciddi məşğul olub və cüdo güləşi üzrə ustalığa namizəd dərəcəsini alıb. 1991-ci ildə institutu bitirəndə artıq sovet dövləti dağılmışdı. Azərbaycan müstəqillik yollarına qədəm qoymuşdu. Mənfur erməni daşnakları torpaqlarımıza göz dikmişdilər. O, Goranboy batalyonunda şücaətlə vuruşaraq Tapqaraqoyunlu kəndindən tutmuş Gülüstan qəsəbəsinədək torpaqlarımızın düşmənlərdən azad olunmasında yaxından iştirak edib. Qarabağ müharibəsində iki dəfə yaralanıb. Səhhətinə görə ordudan tərxis olunan Y.Paşayev bir müddət Goranboy hərbi komissarının müavini vəzifəsində çalışıb. 1994-cü ildən Rusiya Federasiyasının Udmurt Respublikasının paytaxtı İjevski şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Eyni zamanda Ümumrusiya Azərbaycan Konqresinin Udmurt Respublikası üzrə ərazi təşkilatının sədridir. Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizə göstərdiyi maddi və mənəvi dəstəyə görə Hacı Zeynalabdin Tağıyev mükafatına layiq görülüb. Ailəlidir. Kamilə, Aynurə və Anar adlı 3 övladı var.
- ÜAK-ın Udmurt Respublikası üzrə ərazi təşkilatı olaraq soydaşlarımzı öz ətrafınza tolpaya bilibsizmi?
-Mən ÜAK-ın Udmurt Respublikası üzrə ərazi təşkilatının yaradıcılarından biriyəm. Bizim ərazi təşkilatının yaranma tarixi o qədər də uzaq deyil. Lakin onun ətrafında yurdumuza ürəkdən bağlı olan, Vətəni qəlbən sevən çoxlu həmyerlimiz toplaşıb. Onların arasında ziyalılar, hüquq-mühafizə orqanlarının işçiləri, müxtəlif sənət sahibləri, dövlət qulluğunda çalışan insanlar, iş adamları üstünlük təşkil edir.
- Diaspor olaraq əsas iş prinsipiniz nədən ibarətdir?
-Əsas vəzifəmiz Udmurt torpağında Azərbaycan haqqında təbliğat işini gücləndirmək, bu sahədə dövlətimizə kömək göstərməkdir. Çalışırıq ki, burada yaşayan, Azərbaycanı təmsil edən hər bir soydaşımız öz əməlləri, hərəkətləri ilə doğma Vətənin adını ucaltsın. Vaxtaşırı maraqlı tədbirlər keçiririk, imkan daxilində xeyriyyəçilik işləri görürük. Həmvətənlərimizin hüquqlarının qorunması da həmişə diqqət mərkəzindədir. Bircə onu dəqiq bilirəm ki, işlərimizin səmərəsi getdikcə artır və gələcəkdə də uğurlarımızın yüksəlişinə inanıram.
- Udmurtda diaspor olaraq təşkilatlana bilibsizmi?
-Bilirsiz, dövlətin inkişafı diasporun da inkişafına təsir göstərir. Yəni biz artıq sevinirik və qürur duyuruq ki, güclü, inkişaf etmiş bir ölkənin təmsilçiləriyik. Belə bir məqamda bizim diaspor olmağımız zəruridir. Bu həm də təbii prosesdir. İnsanlarda artıq vətən təəssübkeşliyi düşüncəsi formalaşıb. Onlar bu amalla yaşayırlar. Biz hər hansı addımı atanda arxamızda güclü dövlətimizin dayandığını hiss edirik. Bütün bunlar da bizə diaspor işində stimul verir. Məhz bunun sayəsində biz diaspor kimi çoxdan təşkilatlanmışıq. Ayrıca burada ÜAK-ın ərazi təşkilatının yaradılması bu işi daha da sürətləndirib. Biz bütün tədbirlərimizi planlı, ümumi razılıq əsasında edirik. Bunun nəticəsidir ki, hər bir tədbirimiz uğurlu və effektli olur.
- Gənclərimizə nə kimi dəstək olursuz?
-Udmurtda ÜAK nümayəndəliyinin nəzdində Gənclər təşkilatı yaradılıb. Aktiv gənclərimiz orada toplanıblar. Gənclər müxtəlif dərnəklərdə təmsil olunurlar. Onların hər bir uğuru xalqımızın adınadır. Fəal gənclərimiz istənilən tədbir və layihələrini bizlərlə məsləhətləşirlər. Biz də onlara hər zaman maddi və mənəvi dəstək göstəririk. Çünki bu gənclər bizim gələcək davamçılarımızdır.
- Hazırda hansı layihələr üzərində çalışırsız?
-Hazırda iki böyük layihə üzərində iş gedir. Belə ki, biz burada ulu öndər Heydər Əliyev və unudulmaz müğənnimiz Müslüm Maqomayevin adına park açacağıq. Hər iki şəxs Rusiyada tanınır və sevilir. Ona görə də bizim bu təşəbbüsümüz Udmurtun aidiyyəti orqanları tərəfindən müsbət qarşılandı və qəbul edildi. Artıq işlər yekunlaşmaq üzədir. Yaxın zamanlarda hər iki parkın təntənəli açılışını edəcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2017
Sözün bədii və poetik ifadəsi bitmir
20.02.2017
“Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
17.02.2017
“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
16.02.2017
“Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
14.02.2017
“Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5548

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info